!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyanda yaşlı qadın yanaraq öldü

!Reklam – Yazi

yanHadisə axşam saatlarında Salyan şəhərinin 20 Yanvar küçəsində, dəmiryol stansiyası xəttinin yaxınlığında baş verib.

Belə ki, həmin ərazidə yerləşən ümumi sahəsi 275 kvadratmetr olan köhnə yeməkxana binası anidən alovlanıb. Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə hissəsi tərəfindən 2 yanğınsöndürən maşın göndərilib.

Yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüblər. Buna baxmayaraq binanın 6 kvadratmetri içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Hadisə yerinə baxış keçirilən zaman, Salyan şəhər sakini, 83 yaşlı İbrahim Soltan oğlu Hüseynovun meyiti yanmış halda aşkar edilib.

İlkin məlumata görə, kar, kor və ruhi xəstə olan İbrahim Hüseynov 5 il imiş ki, sovetlər dönəmində yeməkxana kimi istifadə edilən binanın bir otağında tək yaşayırmış. Yaxınlıqdakı adamlar ona kömək edirmiş. Yanğının elektrik plitəsindən yandığı ehtimal olunur(azadinform).

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv