“Şamaxı” “Kəpəz”i məğlub etdi

media-hightechnic-468x90

Misli Premyer Liqasının XXXI turunda daha bir oyun keçirilib.

Yenicag.az xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Kəpəz”i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:1.

Komandanın qollarını 27-ci dəqiqədə Alfons Msanqa, 67-ci dəqiqədə Brahim Konate vurub. Qonaqlardan 35-ci dəqiqədə Luis Paçu fərqlənib.

“Şamaxı”nın legioneri Maykl Tuik 85-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran meydan sahibləri yeddinci pillədə qərarlaşıb. “Kəpəz” 28 xalla doqquzuncu sıradadır.

Günün ikinci matçında “Zirə” “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni 3:0, “Sabah” “Səbail”i 3:2 hesabı ilə üstələyib. “Araz-Naxçıvan” – “Turan Tovuz” görüşündə isə qalib müəyyənləşməyib – 1:1./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600