!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şamaxıda avtomobil qəzası: xəsarət alanlar var - YENİLƏNİB

!Reklam – Yazi

Şamaxıda avtomobilin Məlhəm kəndinin girəcəyindəki məlumat lövhəsinə çırpılması nəticəsində xəsarət alan 4 nəfərdən 3-nün şəxsiyyəti məlum olub.

Hadisə zamanı 1996-cı il təvəllüdlü Qobustan rayon Təklə kənd sakini Quliyev Elmar Eldəniz oğlu, 1996-cı il təvəllüdlü Qobustan rayon Təklə kənd sakini Alışov Samir Fuad oğlu, həmçinin Mustafayeva Pakizə Ədalət qızı və Şitayeva Tavat Mehman qızı xəsarət alıb.

Yaralılardan bir oğlan və iki qızın vəziyyəti ağırdır.

***

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə Şamaxı-Pirqulu yolunun Məlhəm kəndi yaxınlığındakı hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil dərəyə yuvarlanıb. Hadisə nəticəsində şəxsiyyəti hələlik müəyyənləşdirilməyən 4 nəfər xəsarət alıb.

www.yenicag.az

2651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv