Şamaxıda iki nəfər naməlum şəraitdə bıçaqlanıb

media-hightechnic-468x90

lŞamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə gecə saat 3 radələrində Şamaxı şəhərinin Şirvan küçəsində qeydə alınıb.

Şamaxı şəhər sakinləri – 1974-cü il təvəllüdlü Xıdırov İsmayıl Tarix oğlu və onun həmyaşıdı olan qonşusu Məcidov Şafiq Məcid oğlu döş qəfəsini deşib keçən bıçaq yarası, qara ciyər, ağ ciyər xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində yerləşdiriliblər.

Polis Şöbəsindən faktı təsdiqləyiblər. Məlumata görə, hadisə iki nəfər tərəfindən törədilib.

Hazırda faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.

İlkin məlumatlara görə, İ. Xıdırov və Ş. Məcidovu bıçaqlayan şəxslər onların qonşularıdır.

Hadisəni törədən hər iki şəxsin vəhhabilik cərəyanına aid olduqları bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600