Şamaxıda yanğın hadisəsi baş verib
Məlumata görə, yanğın ruhi-əsəb internat evinin camaşırxana və qazanxanasında baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın zamanı birmərtəbəli 17 otaqlı tiklinin bir otağı içindəki əşyalarla birlikdə yanıb. Yanğınsöndürənlər qısa müddətdə yanğının əsas binaya keçməsinin qarşısını alıb. Xəsarət alan olmayıb.
Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur(anspress).