Samir Şərifov: “Azərbaycan Belarusla birgə müəssisələrin yaradılmasında maraqlıdır”

media-hightechnic-468x90
Azərbaycan Belarusla sənaye kooperasiyasının inkişafı, birgə müəssisələrin yaradılması və istehsalın lokallaşdırılması sahəsində əməkdaşlıqda maraqlıdır.
Yenicag.az “Report”un Minskə ezam olunmuş müxbirinin məlumatına istinadıən bildirir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Belarus-Azərbaycan biznes-forumunda bildirib.
“Fürsətdən istifadə edərək, Belarusun biznes dairələrini Azərbaycan bazarında işləmək üçün mövcud olan əlverişli şəraitə daha diqqətlə nəzər salmağa, eləcə də Azərbaycan ərazisində yaradılmış sənaye parkları və azad zonaların potensialından istifadə etməyə dəvət etmək istərdim. Fikrimizcə, Belarusun ixrac istiqamətlərinin coğrafi cəhətdən şaxələndirilməsi birgə iqtisadi və ticarət əməkdaşlığımızın çox perspektivli istiqaməti ola bilər”, – S.Şərifov qeyd edib.
Onun sözlərinə görə, bu gün iki ölkə arasında maşınqayırma, kənd təsərrüfatı, kommunal və xüsusi texnikanın istehsalı, lift avadanlığı, aqrar sənaye kompleksinin yaradılması sahələrində bir sıra layihələr həyata keçirilir.
“Biz həmçinin əczaçılıq sektorunda müəyyən layihələr üzərində işləyirik. Azərbaycan sənaye kooperasiyasının inkişafında, ölkəmizin ərazisində birgə müəssisələrin yaradılmasında və istehsalın lokallaşdırılmasında maraqlıdır”, – o qeyd edib.
S.Şərifov üçüncü ölkələrin bazarlarına çıxmaq üçün əhəmiyyətli potensialın mövcud olduğunu vurğulayıb.
“Əczaçılıq məhsullarının istehsalı, eləcə də Belarus texnologiyaları və təcrübəsi əsasında kənd təsərrüfatı komplekslərinin yaradılması sahəsində əməkdaşlıq da perspektivli istiqamətlərdir”, – baş nazirin müavini əlavə edib.
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05