“Əslində çox çətindir. Burada tarazlıq olmamalı, yalnız bir yol olmalıdır.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Samira özünə qoyduğu qadağalardan danışarkən deyib.
Sənətçi özünə qoyduğu qadağalarla təsəlli tapdığını bildirib:
“Qadağalar ona görədir ki, həddimizi aşmayaq. Bir tərəfdən sənətim, digər tərəfdən Allaha olan sevgim, rəğbətim, ibadətim – bunlar bir-biri ilə uyğunlaşmadığı üçün özümə müəyyən qadağalar qoyuram. Bunu haradasa tarazlaşdırmağa çalışıram. Əslində çox çətindir. Burada tarazlıq olmamalı, yalnız bir yol olmalıdır. Amma mən tarazlaşdırıram və buna görə özüm əziyyət çəkirəm. Çünki həqiqəti bilirəm. Bir balaca da bu qadağaları qoymaqla təsəlli tapıram ki, yəni heç olmasa, bunu edirəm”.
Bu dünyanın fani olduğunu deyən Samira xoşbəxtliyin də daimi olmadığı qənaətindədir:
“Bu həyatda sevinc, qəm, xoşbəxtlik hamısı müvəqqəti olan hisslərdir. Xoşbəxtlik əbədi deyil, bir gün, bir saat, iki saat olur, amma tamamən xoşbəxt ola bilmirsən. Bu yalançı və fani diünyada özünü xoşbəxt hiss etmirsən. Allahın mənə verdiyi nemətlə xoşbəxtəm. Mənim bu həyatda heç nəyim yoxdur. Aldığım nəfəs belə mənim deyil. Əli, Məryəm də (övladları) mənim deyil, Allahın mənə verdiyi hədiyyə, əmanətdir. Mənim bu sənətdən asanlıqla gedə biləcək qədər cəsarətim var. Bu həyatdan nə aparacam? Vicdanımı, imanımı, savab işlərimi…. Mənim üçün bu vacibdir, insanlağımı itirmirəm”.
Müğənni bu barədə efirdə danışıb.
Nehru
www.yenicag.az