Samirə Əfəndinin hərəkətinə daha bir ETİRAZ: "Elə bil bu qız erməni həsrətində imiş"

media-hightechnic-468x90

“Samirə Əfəndinin böyüyü varsa, onu başa salsın”.

Bu ifadələri müğənni Samirə Əfəndinin Qazaxıstanda keçirilən yarışda erməni iştirakçını qucaqlamasına münasibət bildirən Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Yenicag.az-a açıqlamasında bildirib.

O, müğənnini qınadıqlaırnı bildirib:

“Belə hərəkətə yol vermək olmaz. Ölkədə Ermənistanla Azərbaycan arasında sülh sazişi paraflanıb, hamımız gedən bu proseslərə köklənmişik, amma necə deyərlər, Roma Papasından artıq katolik olmaq olmaz. Samirə Əfəndi çox ağ elədi. Birincisi, niyə ona bal verirsən? Az versən, nə olacaqdı guya? İkincisi, bu qucaqlamaq nə idi elə? Ən pisi də odur ki, çıxıb səhvini etiraf etmir. Demir ki, səhv etmişəm, qaydalar belə idi, xalqımızdan üzr istəyirəm, məni düzgün başa düşməyiblər. Hələ bir deyir, atam qazi olub. Belə bir kişinin qızı niyə bu addımı atsın? Elə bil bu qız erməni həsrətində imiş. Belə hərəkət etmək olar? Samirənin bu etdiyi ayıbdır, böyük səhv edib. Onun böyüyü varsa, başa salmalıdır ki, ağ eləmisən, çıx üzrxahlıq et, iş bağlansın”.

Rey Kərimoğlu sülh məsələsinin Samirə Əfəndinin düşündüyü qədər asan məsələ olmadığını qeyd edib:

“Bu çox ağır prosesdir və sadəcə barışıq məsələsi deyil. Sülhün şərtləri, qaydaları var. Dövlət başçısına baxıb düşmənlə necə davranılmalı olduğunu öyrənsinlər. O videoya baxanda adam xəcalət çəkir. Ümumiyyətlə, düşünürəm ki, təkcə Samir Əfəndi deyil, bu düşüncədə olan başqa adamlar da var”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa