“Saraya Ensar el-Sünne” kilsə hücumuna görə məsuliyyəti ÜZƏRİNƏ GÖTÜRDÜ

media-hightechnic-468x90

Suriyanın paytaxtı Şamda yerləşən Mar Elias kilsəsində baş verən intihar hücumunun məsuliyyətini öz üzərinə götürən “Saraya Ensar el-Sünne” adlı yeni terror təşkilatı beynəlxalq diqqət mərkəzinə çevrilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” nəşri məlumat yayıb.

Suriyanın Səhiyyə Nazirliyinin məlumatına görə, 22 nəfər həlak olub, 63 nəfər yaralanıb. Hücum zamanı kilsədə bazar ayini keçirilirmiş. Radikal qruplaşma hücumun icraçısının “şəhid olmaq istəyən Məhəmməd Zeynəl Abidin Əbu Osman” olduğunu açıqlayıb.

Mütəxəssislərin fikrincə, “Saraya Ensar el-Sünne” təşkilatı İŞİD-in Suriyada yenidən formalaşan strukturunun tərkib hissəsi ola bilər. Qrupun lideri kimi tanınan Əbu Ayşə əl-Şami, bir çox analitik tərəfindən İŞİD-İn sabiq lideri Əbu Bəkr əl-Bağdadiyə bənzədilir və bölgədə yeni bir terror siması olaraq dəyərləndirilir.

Hökumət: Hücumun arxasında İŞİD dayanır

Suriyanın keçid hökuməti hücumun arxasında birbaşa İŞİD-in dayandığını iddia edib. Daxili İşlər Nazirliyi isə bildirib ki, hücumdan dərhal sonra Rif Şam bölgəsində təşkilatın bir hüceyrəsi zərərsizləşdirilib, terrorçunun kilsəyə daxil olmasına yardım edən şəxs isə saxlanılıb.

Yeni hədəf: Süveyda

“Saraya Ensar el-Sünne” təşkilatı son bəyanatlarında Hüms, Latakiya və Həma bölgələrində həyata keçirdikləri hücumları xatırladaraq, Süveyda vilayətində də silsilə əməliyyatlar həyata keçirəcəklərini bildirib. Bu isə bölgədəki druz və xristian azlıqlar arasında ciddi narahatlıq yaradıb.

Süveyda Ümumi Konfransının katibliyindən Maisaa əl-Abdullah hücumla bağlı bildirib:

“Günahkarlar cəzasız qalarsa, Suriya xalqı məzhəbçilik və zorakılığın bədəlini ödəməyə davam edəcək”.

Yeni terror dalğası: Bağdadidən sonra Şami?

Ekspertlər qeyd edirlər ki, Əbu Ayşə əl-Şaminin ideoloji ritorikası və hədəf seçimi İŞİD-in taktikasına çox bənzəyir. Bu isə Suriyada post-İŞİD dövründə cihatçı qruplaşmaların yenidən təşkilatlanması ehtimalını artırır.

Süveydalı hüquq müdafiəçisi Fadi əl-Fərnan isə deyib:

“Mar Elias kilsəsinə yönəlmiş bu hücum yalnız insanlığa deyil, həm də Suriyanın daxili barışına və milli birliyinə açıq təhdiddir”.

Beynəlxalq müşahidəçilər hesab edirlər ki, Suriyada yenidən güc qazanan radikal qruplar yalnız ölkənin deyil, bütövlükdə regionun təhlükəsizliyi üçün yeni təhlükə dalğası yarada bilər.

Rafi Müslümov

 

 

 

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600