!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarkisyanın istefası heç nəyi dəyişməyəcək - Zərdüşt Əlizadə 

!Reklam – Yazi

“Ermənistanda cərəyan edən prosesləri Qərb-Rusiya qarşıdurması kimi qiymətləndirmək doğru deyil”.

Yenicag.az xəbər verir ki, Ermənistanda bir neçə gün davam edən etiraz aksiyalarından sonra baş nazir Serj Sarkisyaan istefaya gedib.

Sarkisyanın istefasından sonra bütün diqqət Ermənistanda proseslərin növbəti inkişafına və hakimiyyətə kimin gələcəyinə yönəlib.

Bu və digər məsələləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə Sarkisyanın istefasını hakimiyyətdaxili qrupların rəqabəti kimi dəyərləndirib:

“Sarkisyanın istefasını “Qarabağ klanı”nın hakimiyyəti itirməsi hesab etmək yanlışdır. Çünki Sarkisyan istefa verdiyi iclasda əyləşənlərin çoxu məhz həmin klanın nümayəndələri idi.

Ona görə də Sarkisyanın gedişi hakimiyyətdaxili qruplar arasında gedən savaşın nəticəsidir. Yəni digərləri ortaya çıxıb dedilər ki, on ildir sən yeyirsən, ölkəni talan edirsən, indi çəkil, biz yeyib-dağıdaq. Hər şey bu qədər bəsitdir.

Şübhə etmirəm ki, Ermənistanda baş nazir postuna yenə də “Qarabağ klanı”nın nümayəndəsi gətiriləcək. Ümumiyyətlə, Ermənistandakı prosesləri Qərb-Rusiya qarşıdurması kimi qələmə vermək də yanlışdır.

Həmçinin baş nazir dəyişikliyi Qarabağ münaqişəsinin həllinin sürətlənməsinə də təsir göstərməyəcək. Bu heç nəyi dəyişməyəcək”.

A.Zeynalov

COP29

www.yenicag.az

1580
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv