!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarkozi Ollandı ittiham edir

!Reklam – Yazi

France's President Nicolas Sarkozy delivers a speech after the weekly cabinet meeting at the Elysee Palace in ParisFransanın sabiq prezidenti Nikola Sarkozi Xalq Hərəkatı uğrunda İttifaq Partiyasının rəhbəri postu uğrunda mübarizə kampaniyası çərçivəsində Nansi şəhərində keçirilən mitinqdə çıxış edərkən Fransa Prezidenti Fransua Ollandı yalan danışmaqda günahlandırıb. Bu barədə RİA Novosti “Le Parisien” qəzetinə istinadən məlumat yayıb.

İki minə yaxın mitinq iştirakçısı qarşısında çıxış edən Fransanın sabiq prezidenti bəyan edib ki, iki il yarım ərzində ölkədə respublikanın və demokratiyanın zəifləməsinə səbəb olan siyasi prinsip rəhbər tutulub.

Sarkozi deyib: “Fransua Olland səhər, günorta və hətta axşamlar da yalan danışır”.

Onun fikrincə, hazırkı dövlət başçısı öz postunu tutduğu andan bir-birinin ardınca məğlubiyyətə uğrayır.

Qeyd edək ki, Nikola Sarkozi bu ilin sentyabrında uzun müddət düşündükdən sonra vaxtilə rəhbəri olduğu Fransanın ən iri müxalifət partiyası olan Xalq Hərəkatı uğrunda İttifaq Partiyasının (UMP) sədri postuna öz namizədliyini irəli sürmək qərarına gəldiyini bəyan edib.(trend)

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv