!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarksyanın əsgərlərinin biabırçı fotoları yayıldı

!Reklam – Yazi

ermeni cindir56Son günlər cəbhədə baş verən hadisələr düşmən ordusu haqqında bir neçə məlumatın mətbuata sızmasına səbəb oldu. Dəfələrlə beynəlxalq təşkilatlar və qurumlar hesabatlarında Azərbaycan ordusunun texniki və maddi cəhətdən Ermənistan ordusundan qat-qat yüksək olduğunu vurğulayıblar.
Hətta işğalçı ölkənin prezidenti Serj Sarkisyan Almaniya kansleri ilə görüşündə ermənilərin köhnə silahlardan istifadə etdiklərini və bunun Azərbaycanın müasir silahları ilə rəqabətdə çətin olduğundan şikayətlənmişdi.

Bundan əlavə işğalçı ölkə olan Ermənistan Azərbaycana silah satan İsrail və Rusiyaya qarşı rəsmi şəkildə etirazlarını bildiriblər. Bütün bunlar onu sübut edir ki, qarşı tərəf güclü Azərbaycan ordusunun silahının gücünün bir hissəsini artıq görüb. Ona görə də onların narahatlığı başa düşüləndir.

Bu gün Azərbaycan və Ermənistan ordularının hərbi cəhətdən müqayisəsi həqiqətən də gülüncdür. Heç bir iqtisadi gücü və patensialı olmayan ölkənin ordusunda hansı inkişafdan söhbət gedə bilər?

Femida.az düşmən ordusunun texniki bazasından əlavə şəxsi heyyətində olan çatışmazlıqdan və qeyri-nizami ordu olması haqqında erməni mətbuatına istinadən araşdırma aparıb.

Ermənistan mətbuatının son günlər işğal altında olan Azərbaycan torpaqlarından hazırladıqları reportajlarda onların “qəhrəman” əsgərləri xüsusi canfəşanlıqla verilir. İflasa uğrayan ordunun şəxsi heyyətinin geyiminin nizamnaməyə zidd və qeyri-standartlara uyğun olması açıq-aşkar görünür.

Hətta fotolarda bəzi əsgərlərin hərbi forma olmadığı üçün mülki papaqdan və şalvardan istifadə etdikləri açıq-aşkar görünür. Döyüş qabiliyyətli kişilərin ölkədə olmaması və bunun üçün muzdlu döyüşçülərin Dağlıq Qarabağa yerləşdirilməsi hər kəsə aydındır. Sosial şəbəkələrdə yayılan fotolarda xüsusilə gülünc doğuran bir məqam da var. Ermənistan ordusunda əsgərlərin bəzilərinə çəkmə çatmadığı üçün rezin çəkməzələrdən istifadə edirlər. Bəzi hərbçilərin forması isə artıq köhnəldiyindən bir neçə yerdən cırılmış şəkildədir. Hərbi ekspertlərin dediyinə görə Ermənistan ordusunda geyim bir dəfə verilir. Yaşlı muzdlu əsgərlər gənc əsgərlərin geyimlərini və xüsusilə çəkmələrini aldıqlar üçün onlar rezin çəkmələrdən istifadə etmək məcburiyyətində qalır. Həmin fotoları təqdim edirik:

www.yenicag.az

2524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv