Satirik şairə narkotika göndərən icra başçısı kimdir? – Bir açıqlamanın izi ilə…

media-hightechnic-468x90

prHazırda Belçikada yaşayan satirik şair Mirzə Sakitlə söz savaşında olan jurnalist Fikrət Hüseynli maraqlı bir fakta toxunub Onun iddiasına görə, satirik hələ Azərbaycanda ikən pul üçün ən müxtəlif adamlara ağız açıb: “Hətta həbs olunan zaman cibində tapılan narkotik onun şantajlardan bezən icra başçılarının birinin göndərdiyi – adını bilirəm, etika xatirinə çəkmirəm- 100 dolların içində olub. Bunu həmin pulu Goranboydan Bakıya qədər gətirib çıxaran və Mirzəyə kafedə hesab verən, sonradan Rusiyaya gedən dostu da təsdiq edə bilər. Mirzə də restorandan çölə çıxanda həmin dostu onun cibinə 100 dolları qoyub. O da bilməyib ki, içində narkotik var. Nəticədə saxlanılanda cibindən narkotik çıxıb”.

img1776284Kifayət qədər məlumatlı jurnalistlərdən sayılan Fikrət Hüseynli icra başçısının adını çəkməsə də, narkotikin Goranboydan Bakıya gətirildiyini deməklə, əslində kimə işarə vurduğunu göstərir. Hər rayonda sadəcə bir icra başçısı olduğunu nəzərə alarsaq, Masallının icra hakimiyyətinin başçısının Goranboya gedib, oradan Bakıya pul göndərməyəcəyinə görə, yalnız bir ehtimal qalır.

Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu Şabran Rayon İcra Hakmiyyətinin Başçısı Novruz NovruzovMirzə Sakit qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 2006-cı il iyunun 23-də həbs edilib və 3 il iş alıb. Həmin illərdə isə Goranboyun icra hakimi Novruz Novruzov olub. Belə ki, Novruz Novruzov 2002-2007-ci illərdə isə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yəni, Fikrət Hüseynlinin iddiası doğrudursa, Mirzə Sakitin 3 il həbsdə qalmasına səbəb olan narkotik Novruz Novruzov tərəfindən göndərilib.

Maraqlıdır ki, bir vaxtlar Masallıdan olan müxalifləri “narkotik” ilə “yaxalanan” Daşkəsənin icra başçısı Əhəd Abıyevlə Novruz Novruzov eyni regiondan olmaqla bərabər yaxın dostdurlar. İşin maraqlı tərəfi Fikrət Hüseynlinin Bakıda yaşayarkən Əhəd Abıyevlə çox yaxşı münasibətinin olmasıdır. Bu səbəbdən də, iddiadakı gerçəklik payının güclü olması ehtimal olunmaqdadır. /azerinfo.org

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600