Saturna naməlum çırpılma: Alimlər yardım çağırışı etdilər - FOTO

media-hightechnic-468x90

Alimlər şənbə günü Saturna naməlum obyektin çırpılması ilə bağlı görüntünün təhlili üçün yardım çağırışı ediblər.

Yenicag.az xəbər verir ki, araşdırmalara görə, Saturna təqribən hər 3 min 125 ildən bir böyük (1 km-dən iri) obyektlər çırpılır.

Kiçik asteroidlərin isə ildə 7-8 dəfə bu planetə düşdüyü ehtimal edilsə də, bu günə qədər heç biri müşahidə olunmayıb. Qaz nəhəngləri – məsələn, Yupiter və Saturn – krater buraxmadığı üçün belə çırpılmalar, adətən, qeydə alınmır.

Ancaq NASA əməkdaşı və həvəskar astronom Mario Rana tərəfindən çəkilən görüntülər bu dəfə fərqli bir mənzərə təqdim edir. O, 5 iyul 2025-ci il tarixində Saturna dair videolar çəkib və görüntülərin sol hissəsində solğun bir parıltı – ehtimal olunan çırpılma izi – müşahidə olunub.

“Planetary Virtual Observatory and Laboratory” (PVOL) adlı astronomlar şəbəkəsi bu hadisənin dəqiqləşdirilməsi üçün həm peşəkar, həm də həvəskar göy müşahidəçilərinə çağırış edib. PVOL bildirir ki, parıltı zəifdir və hələlik təsdiqlənməyib.

“Leicester” Universiteti də çırpılma ilə bağlı hər hansı görüntüsü olan həvəskar müşahidəçiləri məlumat paylaşmağa dəvət edib.

Əgər bu təsdiqlənsə, bu, bir kosmik obyektin qaz nəhəngi olan Saturna çırpıldığını göstərən ilk müşahidə edilən hadisə olacaq.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600