!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Savaş Suriyadan Liviyaya köçür - Əsəd üçün savaşanlar artıq Hafterə “xəlifə” deyəcəklər

!Reklam – Yazi

Son günlər Suriyada qarşıdurmaların azalmasının başlıca səbəbi bəlli olub.

Yenicag.az “Röyters”ə istinadən bildirir ki, Suriyada Əsədə dəstək verən muzdlu əsgərlərin əksəriyyəti xəlifə Hafterə dəstək üçün Liviyaya gediblər.

Özəl “Wagner Grup”un rus ordusunun nəzarəti altında Suriyadan həmin döyüşçüləri Liviyaya gətirdiyi bildirilib.

Qeyd edək ki, Türkiyə və Rusiyanın Liviyadakı daxili savaşa qatılmaları ilə bölgədə hərarət artıb. Rusiya etiraf etməsə də, xəlifə Hafterə, Türkiyə isə Fayez əl-Sərrac liderliyindəki Milli Müzakirə Hökumətinə dəstək verir. Misir və Birləşmiş Ərəb Əmirlikləri isə xəlifə Hafterə açıq dəstək nümayiş etdirirlər.

Amerikalı mütəxəssislər Rusiyanın Liviyaya silah və döyüşçü göndərmək üçün Əsədlə anlaşdığını qeyd edirlər.

Əldə edilən bilgilərə görə, Rusiyanın dəstəyi ilə Hafterin ordusuna qatılan 300 döyüşçü Suriyanın Humus bölgəsindən, 320 nəfər isə cənub-qərbindən qatıldı. Maraqlıdır ki, bu ordunun içində Əsədə qarşı döyüşən Azad Suriya Ordusunun keçmiş mənsubları da var.

Suriya İnsan Haqqları Müşahidə Evinin məlumatına görə, may ayında 900-dən çox şəxs Liviyaya getmək üçün Humusda toplanıb, təlim keçiblər. Onların hər birinə aylıq 1000-2000 dollar maaş sözü verildiyi də vurğulanır.

COP29

www.yenicag.az

1940
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv