!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səbaildə 2015-ci ilin 9 ayının yekunları müzakirə olunub

!Reklam – Yazi

unnamedAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayonunda keçirilən hesabat yığıncağında ətraflı müzakirə olunub.

Yığınsaqda çıxış edənlər cənab Prezident tərəfindən ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi tərbirlərin görülməsini halların toxunaraq ölkə başçısının sahibkarlığın inkişafı, onlara əngəl olan maneələrin aradan qalmırılması ilə bağlı görülən işləri fəal surətdə dəstəkləmişlər. Qeyd olunmuşdur ki, son günlərdə Milli Təhlükəsizlik Nazirinin və nazirliyin bir qrup əməkdaşının vəzifədən kənarlaşdırılması və bəzilərinin həbsi onu göstərdi ki, ölkədə heç kim məsuliyyətdən və tənqiddən kənarda qala bilməz. Yaranmış vəziyyt onu göstərmişdir ki, cənab prezident tərəfindən neqativ hallara qarşı çox ciddi mübarizə aparılır.

Zala toplaşanlara müraciət edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov bildirmişdir ki, bu gün bizim əsas prinsiplərimiz «…cənab prezidentə sadiq olmaq və qudurmamaq» olmalıdır. Bu bizə də aiddir, hamıya da. Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də öz cəzalarını alıblar. Natiq qeyd etmişdir ki, ədəbi dildə «Qudurmaq» sözü insanlara şamil etmək olmasa da bu harınlaşmış, inkişafa əngəl törədən, öz mənafelərini güdənlərə birbaşa aiddir və rayonda bu işlərə yol verənlərə qarşı ciddi tədbirlər görüləcəkdir.

Həmçinin cavabdeh şəxslərin məsuliyyət məəsələsinə toxunan icra başçısı onlara daha məsuliyyətli olmağı, vətəndaşların müraciətlərinə həssas yanaşmağı, rayon ərazisində hər hansı qanunsuz əməllərin qarşısının qarşısının dərhal alınması ilə bağlı tapşırıqlar vermişdir. Neqativ hallara yol verənlərə qarşı isə kimliyindən asılı olmayaraq ciddi tədbirlər görüləcəkdir.
Toplantıda Eldar Əzizov rayonda həyata keçirilən sosial layihələr, əldə olunan uğurlarla yanaşı 20-ci yaşayış sahəsinin gələcək inkişaf planlarından, burada yaradılacaq yeni infrastruktur layihələrindən və bu istiqamətlə cənab prezidentin tapşırıq və tövsiyələri barədə məlumat vermişdir.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayonun gələcək inkişaf perspektivləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

 

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv