Səbaildə Sağlamlıq günü ilə əlaqədar tədbir keçirilib-Fotolar

media-hightechnic-468x90

unnamedSəbail rayonunda Ümumdünya Sağlamlıq gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Ümumdunya Səhiyyə Təşkilatı tərəfindən hər il qeyd edilən Ümumdünya Sağlamlıq günü ilə əlaqədar Səbail rayonunun orta məktəblərində və bir sıra təşkilatlarında silsilə tədbirlər keçirilmişdir. 2015-ci ilin Ümumdünya Sağlamlıq gününün əsas mövzusunun «Qida təhlükəsizliyi» olması nəzərə alınaraq keçirilən tədbir, görüş və toplantılarda məhz bu məsələyə geniş fikir verilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Republika Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq tapşırıqlarına əsasən Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun 7 saylı orta məktəbində və 160 saylı Klassik Gimnaziyada Ümumdünya Sağlamlıq günü tədbirləri çərcivəsində maarifləndirici görüş-tədbir keçirilmişdir. Mərkəzin həkim qrupları məktəblərin müxtəlif siniflərində olaraq uşaqlarla söhbətlər aparmışlar. Söhbətlərdə sağlam qidalanmanın əsas qaydaları, ərzaq məhsullarının keyfiyyət və saxlama müddətinə fikir verilməsi, qəbul edilən mayenin miqdarı, yeməkdən sonra nə etməli, idmanla məşğulluq, sağlam həyat tərzinin təbliği və s. bu kimi mövzularda söhbətlər aparılmış, uşaqları maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.

Görüşlər zamanı həkimlər uşaqlara Sağlam və təhlükəsiz qidalanma, Qida mənşəli xəstəliklərin profilaktikası və s. mövzuları əhatə edən yaddaş kitabçaları paylanmışdır.

Orta məktəblərlə yanaşı bu aksiya rayonun iri ticarət və iaşə müəssisələrindən biri olan Dənizkənarı Milli Parkda yerləşən və hər gün böyük sayda vətəndaşın gəldiyi «Park Bulvar» Ticarət və İstirahət Mərkəzində də keçirilmişdir. Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri «Park Bulvar»da fəaliyyət göstərən iaşə obyektlərində istirahət edən vətəndaşlar, xüsusilə yeniyetmə və gənclərlə görüşmüş, onlarla Qida təhlükəsizliyi ilə bağlı söhbətlər aparmış və Sağlam və təhlükəsiz qidalanma mövzusuna yaddaş kitabçaları və broşyuralar paylanmışdır.

Həkimlər tərəfindən rayonun orta məktəblərində və iri iaşə mərkəzlərində bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600