!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçici ilə millət vəkilinin birliyi parlamentin yeni modeli olacaq” - Rauf Arifoğlunun seçicilərlə görüşü - FOTO/VİDEO

!Reklam – Yazi

Fevral ayının 5-də seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 35 saylı Xətai üçüncü Seçki Dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu seçicilərlə geniştərkibli görüş keçirib.

Gəncə prospekti, “Ağrıdağ” mərasim evində keçirilən görüşdə Rauf Arifoğlunun yüzlərlə seçicisi ilə yanaşı, vəkilləri də iştirak edib. Rauf Arifoğlunun yanında onun xeyrinə namizədliyini geri götürmüş Səbinə Məmmədli, professor Saleh Məmmədov, Qarabağ Qazisi Hacı Əkbər Rüstəmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, qərargah sədri Çingiz Özgür, Qarabağ qazisi AVMVB-nin Xətai rayon şöbəsinin sədri Sabit Kazımov, “Mir Tağı” məscidinin axundu Seyid Mircəfər Ağa, doktor Seyfəddin Əsəd, BDU-nun professoru Nəsir Əhmədli, iş adamı Mürvət Həsənli, Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov iştirak ediblər. Namizəd onların hər birini təqdim edərək, göstərdikləri dəstək üçün təşəkkürünü bildirib.

Rauf Arifoğlu çıxışında bildirib ki, 35 saylı Xətai seçki dairəsi hazırda ölkənin tanınan, ən demokratik , ən qaynar seçki dairəsidir: “Burada elə bir atmosfer yaratmışıq ki, siyasətçilər də, media da, dövlət adamları da, facebook-da gününü keçirən adamlar da bu dairədə baş verənləri izləyir, buraya dair fikirlərini yayır, bəzən sorğu keçirir, bəzən özlərindən “deputat” təyin edirlər. Biz bir jurnalist olaraq, deputatlığa namizəd olaraq, vətəndaş olaraq təkcə seçki üçün gəlməmişik. Həm də Xətai sakinlərinin problem və qayğılarını ölkənin gündəminə gətirmişik. Kimlərsə bunun arxasında reytinq yarışı və ya başqa məsələlər görə bilər. Mənimsə əsas məqsədim sizin deputatlığa namizədiniz, bir neçə gün sonra deputatınız olaraq, seçicilərimin problem və qayğılarını ölkənin gündəminə gətirmək olub. Əminliklə deyirəm ki, bu məsələni bacarmışıq”.

R.Arifoğlunun sözlərinə görə¸elə seçki dairələri var ki, onlar haqda xəbər-ətər də yoxdur, 35 saylı dairə haqqında isə hər gün bir neçə material yayımlanır: “Biz bir gündə ölkənin ən böyük media quruluşu – “Yeni Müsavat” qəzetində, musavat.com saytında, Youtube hesabımızda bir neçə material yayırıq. Cəsarətlə, heç nəyi gizlətmədən bu dairənin problemlərini işıqlandırırıq. Biz böyük bir iş bacarmışıq, dövlət qurumları bizim ortaya qoyduğumuz problemləri izləyir, onların həlli ilə məşğul olur. Heç kim bütün ölkənin, ATƏT-in, Avropa Şurasının diqqətinin yönəldiyi bu dairədə problem yaşanmasını istəmir. Məsələ qaldırıldıqca məsuliyyətli dövlət qurumları çalışırlar ki, o problemlərin üstünə getsinlər. Bizim elə bir mexanizmimiz işləyir ki, hələ deputat olmadan da xalqımıza xeyrimiz dəyir. Mən bu dairədəki vəziyyəti bilirəm, bu dairədəki gözəl insanların, tədbirimizə iştirak edən vətəndaşların qarşısında bir məsələsni bəyan edirəm ki, bu dairədən sizin seçdiyiniz namizəd ən qısa zamanda qarşınızda deputat kimi çıxış edəcək. Sizinlə bərabər sizin istəklərinizi gerçəkləşdirirərək, gələcəyə dair planlar quracağıq. Biz bu dairəyə daxil olan gündən əsas qayğımız vətəndaşların qayğısıdır, insanların problemləridir. Hər yerə baş çəkmişəm. Avtobuslara , bazarlara , məhəllələrə, məscidə baş çəkirəm. Ya özüm , ya da müxbir və reportyorlarım gedir. Vətəndaşlarımızın yanındayıq, onun ümidi itməsin deyə problemini, fikrini, düşüncəsini yazırıq, yayırıq. O lent yazırları həm də bir tarixdur. Azərbaycan insanını orada görürük, onun düşüncə və qayğıları ilə tanış oluruq”.

R.Arifoğlu bildirdi ki, 35 saylı dairəyə daxil olan bölgəyə, ərazinin problemlərinə dair plan və proqramlar var. Bu barədə dəfələrlə çıxış etdiyini deyən namizədin sözlərinə görə, platformasının bir qismini qəzet, buklet variantında artıq seçicilərə çatdırıb: “Bu materiallar sayəsində istədik ki, siz bizim bu bölgəyə dair məlumatlılığımızla tanış olasız. Bu problemlərin həlli istiqmətində nələri düşünürük. Amma bizim hazırladığımız sənədlər, plan və platformalar, qalxınma proqramları daha masştablıdır. Mən təşəkkür edirəm ki, hörmətli professor, sabiq maliyyə naziri Saleh Məmmədov bu seçki kampaniyasında mənin vəkilim olmağa razılaşıb. Həm də dediyim platformanın hazırlanmasına rəhbərlik edib”.

Deputatlığa namizəd dedi ki, ciddi bir komanda isə seçicilərin xidmətinə gəlib: “Bu, dövlətin yükünə də köməkdir. Bu dairəyə aid heç bir deputat son 20 ildə heç bir köklü problemi həll etməyib. Bir qədər “besedka”, bir az asfalt, bir az nərd oynamaq, xeyir-şər məclisində iştirak… Bu qədər. Problemlər isə o qədər böyükdür ki, bu məsələlər öz həllini köklü olaraq tapmalıdır”. Deputatlığa namizəd dedi ki, Xətai rayonunda yeni və miqyaslı işlər başlayıb. İnşallah, bu bölgə də həmin böyük işlərdən öz nəsibimi alacaq. R. Arifoğlu vurğuladı ki, Prezident son 10 ildə Bakı şəhərini az qala yenidən qurub, paytaxtımız dünya paytaxtları ilə yarışacaq səviyyədə gözəlləşib: “Bizim dairə də gözəl bir ərazidir – baxanda dəniz ayağının altında görünür. Ona görə də, buralar da Bakının digər yerləri kimi gözəlləşdirilməlidir. İnanıram, bunun üçün mən də əlimdən gələni edəcəm ki, 35 saylı dairəmiz paytaxtımızın ən gözəl məkanlarından olsun. Azərbaycan dövlətinin buna gücü və iradəsi var. Biz də sizinlə bərabər, sizin seçəcəyiniz vəkiliniz olaraq, sizin fikirlərinizə tərcüman olaraq, sizinlə dövlət arasında bir körpü rolunu oynayaraq, bu problemin həllini istəyəcəyik”.

R.Arifoğlu dedi ki, Naximov, Şıxlinski, Əbilov, Tusi, Sadıqcan, İnqilab İsmayılov və Mehmandarov küçələrində yaşayan əhalinin problemləri olduqca çoxdur və dövlət də maraqlıdır ki, bu problemlər həll olunsun: “Biz istəmərik ki, bu ərazi, 41 min seçicisi olan bu bölgə narazı camaat kateqoriyasında tövsif olunsun”.

Namizəd onu da vurğulayıb ki, hazırda ölkədə Prezident tərəfindən aparılan islahatların əsas prinsipi hər şeyin xalq üçün olmasıdır: “Bələdiyyə strukturları və icra strukturları məhz xalq üçündür. Azərbaycan prezidentinin də dediyi kimi, bütün dövlət strukturları, bütün məımurlar vətəndaşın razılığı üçün çalışmalıdır. Məmur xalqın xidmətçisidir. Heç bir məmur sadə xalqdan üstün ola bilməz. Mənim də prinsipim budur. Hansısa məmur mənim deputat olacağım bölgədə özünü toplumdan üstün aparacaqsa, qarşısında məni görəcək. Heç kim Azərbaycan xalqı kateqoriyasında tövsif olunan toplumdan üstün deyil . Hər kəs camaaat üçün işləməlidir. Sosial dövlət modelində də bu var. Hazırda baş verən islahat prosesinin konsepsiyası da budur. Mən bu islahatlara, bu konsepsiyaya inanıram, ona görə də buradayam. İndi biz sizinlə bir yerdə bu islahatların iştirakçısıyıq, bərabər olaraq, parlamenti dəyişirik, islah edirik. Siz də həmin islahat prosesinin iştirakçısısınız. Bütün Azərbaycan boyunca bu poroses gedir. Doğrudur ən ciddi yarış 35-ci dairədə gedir. Ancaq yenə də ölkəmiz bir parlament dəyişikliyi prosesinin tən ortasındadır. Millət vəkilliyinə namizədlər xalqın içinə gəlir, çıxış edir, bəzilərini insanlar qovur, bəzilərindən razi qalırlar. Bəziləri də sizin kimi alqışlayır və bu, bizə ümid verir, ruh verir. Xalqla millət vəkilinin birliyi bərabərliyi gələcək parlamentdə bir model olacaq. Orada olan bir vəkil xalqın yanında, onun problemlərinin həlli üçün çalışacaq. Azərbaycan Prezindeti də deyib ki, xalqdan etimad almayan parlamentə gəlməyəcək. O etimad üçün xalqın içinə gedəcək , etimadı almağa çalışacaq. Almasa seçilməyəcək, xalqın etimadını alanlar seçilərək parlametdə təmsil olunacaq”.

R.Arifoğlu dedi ki, bu dəfəki seçki mərhələsində 125 dairənin heç birində baş verməyən bir hadisə olub. Belə ki, rəqiblərdən biri Qusar rayonundan Rauf Abbasov adlı bir şəxsi tapıb onun namizəd kimi qeydə aldırıb: “O yazığın üzünü görən yoxdur. Mən də yalnlız şəklini görmüşəm. Səbəb nədir? Bilirdi ki, bura Rauf Arifoğlu kimi adam gəlir. Mənim səslərimi bölmək və sizləri çaşdırmaq üün Abbasov Rauf Çərkəz oğlunu bu əraziyə gətirdi. Bu, adətən Hindistan kimi geridə qalmış ölkələrdə baş verir və siyasi fırıldaq sayılır. Bu rəqib istəyir ki, insanları aldatsın və bu fırıldaqla qalib gəlsin. Bunu o adam edir ki, Azərbaycanda rəhbərliyə gəlmək istəyir, ölkə rəhbərliyini tənqid edir. Bu adam fırıldaqla deputat olsa, Azərbaycana yazıq olar. Mənim missiyam bu fırıldağın qarışısını almaqdır”.

Namizəd dedi ki, o, bu seçki fırıldağının qarşısını almaq üçün “ikincini birinci edək” şüarını yaradıblar: “Bu siyasi düzənbazlığın üstündən öz sözümüzü deməyi bacaraq. Əminəm ki, biz seçki günü bunu həyata keçirə biləcəyik. Həmin gün bir az da ayıq-sayıq olmaq lazımdır. Bu hərəkəti həyata keçirən, hər görüşümüzə təxribatçı göndərən biri indidən başlayıb ki, seçki prosesi saxtalaşdıracaq. Bu bölgədə nə MSK, nə DSK, nə icra hakimiyyəti saxtakarlığa, müdaxiləyə yol verməyib. Hətta mənim üçün gətirilən klon namizədin qeydiyyatını belə ləğv etməyiblər. O qədər humanist və tolerant yanaşırlar seçki prosesinə. İndiyə qədər bu darədə tək qanun pozuntusunu bir namizəd həyata keçirib. Həmin gün də bu adam nələrsə etməyə çalışacaq. Amma mən də deyirəm ki, od olsa özünü yandırar. Bizim camaatın, insanların iradəsi başqadır. Bu dairədə ona bir qədər hörmət var idisə, bu seçi fırıldağından sonra o hörmət darmadağın olub. Çünki insanlar fırıldağı və fırıldaqçını sevməzlər”.

R.Arifoğlu bildirdi ki, rəqibi müdafiə edənlərə də, onların seçiminə də hörmət edirlər: “Biz onların da hüquq və haqlarını bir vətəndaş olaraq müdafiə edəcəyik. Onlar bizim vətəndaşlarımızdır. Hər kəsin bir seçimi ola bilər. Mən qırmızı xətləri keçən insanları da bağışlayıram, bir halda ki, o xətlər vətənə, dövlət , millətə aid olmasın. Mənə qarşı qırmızı xətləri keçibsə, mən qüsurun üstündən keçməyi bacaran adamam”.

Namizədliyini Rauf Arifoğlunun xeyrinə geri götürən iş xanımı Səbinə Məmmədli də hazırda Arifoğlunu dəstəklədiyini bildirdi. O qeyd etdi ki, hətta platformasını da onunla birləşdirib: “Bu isə o deməkdir ki, mən ona tam olaraq inanıram. Rauf Arifoğlu xalqla görüşür, hətta avtobusda insanların problemləri ilə maraqlanır. Bunu bu günə kimi başqa hansı namizəd edib. Bir iki oturacaq qoymaqla iş bitmir, millət vəkili sizin problemlərinizi Milli Məclisdə qaldırmalıdır. Bülletendə bir neçə namizəd var ki, onlar ümumiyyətlə prosesdə yoxdurlar. Bunlardan biri də Abbasov Rauf Çərkəz oğludur. Onun gətirilməsində məqsəd Rauf Arifoğlun səslərini bölməkdir. Bu namizədə səs verin, onun simasında həyatınızda hər şey dəyişəcək”.

Tədbirdə seçicilər də çıxış edərək, seçki gününə çox az zaman qaldığını deyib hər kəsi seçkidə iştiraka çağırdılar. Sadıqcan küçəsində yaşayan Mahir Məmmədov Rauf Arifoğlunun sayəsində qarşıdakı 5 ildə həyatlarında hər şeyin dəyişəcəyinə inandıqlarını bildirdi: “Rauf Arioğlunun 265 saylı məktəbin həyətindəki izdihamlı çıxışında dediyi bir cümləyə istinad edərək çıxış edəcəm. O bildirdi ki, seçkidə iştirak edib məni seçin. Əgər seçki platformasına əməl etməsə , növbəti dönəmdə namizədliyini verməyəcək. Gəlin məntiqə sığınaq, pafosa qulaq asmayaq. Rauf Arifoğlu elə bir söz işlədib ki, verdiyi vədləri yerinə yetirməsə təkrar namizəd olmayacaq. Ancaq o həm də söz verib ki, 5 ildən sonra insanlar onu buraxmaq istəməyəcəksiniz. Biz ona inanırıq, siz də inanın və ona səs verin. İnanın ki, uduzmayacaqsınız, Rauf bəyin sayəsində həqiqətən də həyatımız dəyişəcək”.

Seçicilərdən Naximov sakini Şadoğlan Əliyev bildirdi ki, seçki marafonuna az vaxt verilsə də, R.Arifoğlu bu məhdud zamandan maksimum səmərəli istifadə edə bildi. Onun sözlərinə görə, jurnalist peşəsi və komandası da ona bu işdə yardım etdi: “Əhali ilə görüşdü, 35 saylı seçki dairəsinin hər yerini əhatə edə bildi. Hər deputatlığa namizədə belə nəticə qismət olmur. Bundan başqa, o, artıq Milli Məclisə gedənə qədər bölgənin bütün problemlərini öyrənmiş olur. Amma burdan bütün seçicilərə müraciət edirəm: biz seçki günü səs verməsək, məntəqəyə gəlməsək, bu qədər iş görən adamın qələbəsi sual altında olacaq. Vətəndaş kimi deyirəm ki, əvvəlki illərdə nə olubsa, yaddan çıxarmalı, qabağa getməliyik, öz namizədimizə, Rauf Arif oğlu Abbasova səs verməliyik”.

Rauf Arifoğlu çıxışına davam edərək bildirib ki, bizim öncəliyimiz parlamentdəki ilk aylarda və illərdə göstərəcəyimiz fəaliyyət əsasən aztəminatlı ailələrin, təqaüdçülərin maraq və mənafelərini qorumaqdan ibarət olacaq.

Ərazidə yaşayan professor Mirələm Həsənli isə 50 ildir bu rayonda yaşadığını və yaxın 5 il müddətində seçiləcək deputatın əhalinin taleyini həll edəcəyini dedi: “Buraya gələndə seçimimi etmişəm. Mənim seçimim Arifoğludur. Mən onunla bu gün tədbirdən əvvəl görüşəndə təbrik etdim. Dedi ki, indi yox, 4 gün sonra bu təbriki edin. Düzü, bir az incidim. Axı bu seçkinin taleyini biz seçicilər müəyyən edirik. Biz də artıq seçimimizi etmişik. Rauf bəy təvazökarlıq etdi. Mən sizi əmin edirəm ki, biz hakimiyyəti tanıyırıqsa, media da dördüncü hakimiyyətdir. Deputatı biz, siz, bizim ailə üzvlərimiz, tələbələrimiz seçir”.

M.Həsənli dedi ki, 30 ildir R.Arifoğlunu tanıyır və 90-91-ci ildə meydanlara çıxan azsaylı media adamlarından biri də R.Arifoğlu olub: “Bizə həm də danışan, sözümüzü deyən deputat lazımdır. Bu şəxs, bu deputatlığa namizəd isə danışmağı bacarır, həm də necə”… Seçici öz nitqini “Seçki günü pərdə arxasında tələsməyək. Siyahıda Arifoğlunu axtaraq” şüarı ilə bitirdi.

Çıxışları dinləyən namizəd, “Allah bizi sizin seçimizinə layiq etsin. Son 5 ildə bu dairədə demək olar ki, boş qalan deputat yeri dolsun”, –deyə cavab verib. Namizəd 35 saylı dairənin ərazinə düşən küçə və qəsəbələri sadalayaraq, hər birinin sakinlərinə ayrıca təşəkkür edib. Onlara söz verdi ki, 9 fevralda verdikləri səslər boşa getməyəcək, nəticə olacaq və o nəticədəki şəxs Abbasov Rauf Arif oğlu olacaq: “Bu bölgənin çoxsaylı problemlərinin diaqnozunu komandamızla birgə qoymuşuq. Həlli ilə bağlı da çox ciddi sözlər, vədlər almışıq. Bu problemləri dövlət də görür. Həm medianın gözü ilə, həm də öz məmurlarının , çalışanlarının gözü ilə görür. Bu bölgə ən qısa zamanda, 3-5 il belə çəkmədən özünün ağ günlərini yaşayacaq”. Rauf Arifoğlunun vəkili, professor Saleh Məmmədov seçki marafonunun sona yaxınlaşdığını, əsas problemlərin arxada qaldığını bildirdi. Qeyd etdi ki, hər zaman hansısa məsələni dəyərləndirərkən müqayisəli təhlil etməyə çalışır: “Bu seçki marafonunu da müqayisəli şəkildə dəyərləndirərək bu qərara gəldim ki, Rauf Arifoğlu yeni bir şəkildə, yeni bir istiqamətdə fəaliyyətə başladı və o şəkildə də davam edəcək. Bundan öncəki deputatların gördükləri işlərlə Rauf Arifoğlunun gördükləri işlər necə də fərqlənir. Bu fərqi hər kəs gördü. Tamamilə fərqli bir seçki kampaniyası apardı, insanların hər birinə, bütün seçicilərə yetişdi, kimsə kənarda qalmadı. Bundan sonra da elə olacaq. Əsas məsələ seçkidən sonra başlayır. Çox nəhəng işlərin nəzərdə tutulduğu bu proqramın həyata keçirilməsi üçün sizin də dəstəyiniz lazımdır. Söz verək ki, seçkidən sonra Arifoğlunun yanında olacağıq, onun səsimizi parlamentdə çatdırmasına kömək edəcəyik”.

R.Arifoğlunun vəkili, şəhid atası Hacıəkbər Rüstəmov bildirdi ki, yanvarın 17-dən bəri R.Arifoğlu bu bölgədə sözün əsl mənasında bir canlanma yaratdı: “Hətta avtobusda insanları dinlədi. O, elə-belə adam deyil. O, gənc yaşlarında əlinə silah götürüb, vətəni müdafiə edib. O günün gəzən şəhidi, bu günün şahididir. Şəhid ailələrinə göstərdiyi byük diqqətə görə təşəkkür edirəm. Natiq adamdır, amma ürəyi yuxa adamdır.Mən inanıram ki, o, verdiyi sözü yetim qoymayacaq, onun arxasında dayanacaq”.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, eks millət vəkili Əflatun Amaşov bildirdi ki, uzun müddət bu ərazidə yaşayıb və onun problemlərinə bələddir. Namizədlərin təbliğatını izlədiyini deyən çıxışçı R.Arifoğlunun seçki təbliğatını da qiymətləndirdi: “Mən Rauf bəyin görüşlərini izləyirəm. 10 min evə bülleten payladığını, avtobusa minib, təbliğat apardığını gördüm. Hətta elə düşündüm ki, artıq Rauf bəy seçilib. Mən sizin gözünüzdə artıq o sevinci görürəm. Sizin gözünüzdə artıq o sevinci görürəm. Siz ona səs verməklə təkcə Rauf bəyi qazanmırsız. Böyük bir “Yeni Müsavat” media holdinqinin əməkdaşlarını da özünüzə dost seçirsiz. Mən Rauf bəyin platformasını izlədim. Bu platforma Lüksemburq kimi kiçik bir dövlətin 5 il həyata keçirəcəyi işin həyata keçirilməsi deməkdir. Yolunuz uğurlu olsun”.

Rauf Arifoğlu çıxışın sonunda bir daha vurğuladı ki, cəmiyyətimiz çox böyük hadisələr qarşısındadır: “Azərbaycan dəyişir və biz də o dəyişim prosesinin içindəyik, onun mühüm bir mərhələsini yaşayırıq. Burada iştirak etməklə, danışmaqla, alqışlamaqla, etiraz etməklə bu prosesi davam etdiririk. Biz müdrik bir xalqıq və bir yerdə ölkəmizin daha yaxşı olması, irəli getməsi, gələcək nəsillərin daha yaxşı və əmin bir ölkədə yaşması üşün çalışmalıyıq. 3 gün sonra Azərbaycanda növbədənkənar seçki keçiriləcək, səhər yuxudan qalxıb düşünəcəksiniz, hava şərtlərinə baxacaqsınız. Ancaq havadan asılı olmayaraq seçkiyə gedəcəksiniz. Çünki sizdən asılı olan bir proses var, orada hər bir səsin əhəmiyyəti var. Bu bir demokratik bir yarışıdır, hər birinizdən o yarışda iştirak etmənizi , mənə səs vermənizi və məni özünüzün vəkiliniz etmənizi istəyirəm. Mən bu dairənin, bu insanların arzularına, istəklərinə, dərd və problemlərinə tərcüman olmaq iddiasındayam. Xalq üçün nələr edə biləcəyimin anonsunu qısa müddətdə verdim. Ən qısa zamanda dövlət orqanlarının diqqətini buraya cəlb etdim, ölkənin ən dəyərli ziyalılarından ibarət bir komanda qurdum və buraya gətirdim. Onları bu bölgəyə xidmət üçün bir araya toplamışam. Seçki günü bütün Azərbaycan bu dairəni izləyəcəklər, 9 fevralda sizə baxacaqlar. Axşam saat 19:00-da hamı ekran qarşısında bu dairənin nəticəsini gözləyəcək. O nəticə də sizdən asılıdır. Sizə inanıram və sizin səsinizi istəyirəm. 9 fevralda məntəqələrdə səsinizi verəcəksiniz, axşam saat 19:00-da hər kəs biləcək ki , sizin yeni bir vəkiliniz var, o da Arifin oğludur”. Rauf Arifoğlunun çıxışı alqışlarla, iştirakçıların “Rauf bəy, Rauf bəy” şüarları ilə yekunlaşıb.

COP29

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv