Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar bu gün saat 08:00-da başlayan səsvermə19:00-da başa çatıb.
Yenicag.az xəbər verir ki, ELS Müstəqil Araşdırmalar Mərkəzi Prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb və nəticələrə əsasən əhalinin 82,71 faizinin İlham Əliyevə səs verdiyi müəyyənləşib. Bu açıqlama Yeni Azərbaycan Partiyasının könüllülərinin şəhərin müxtəlif yerlərində qələbə mitinqləri təşkil etməsinə səbəb olub.
Gənclər Prezident İlham Əliyevin qələbəsini qeyd edir.
İçərişəhərdə təşkil olunan qələbə mitinqindən videoreportajı sizlərə təqdim edirik:
Brilyant Rəsulova
Emin Səfərov
www.yenicag.az