Reklam

Reklam

“İddialı namizədlər uğurlu seçki sloqanının seçilməsinə çəkinmədən 10-15  min dollar ödəyirdilər”.

Bu fikirləri Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov Yenicag.az-ın “Facebook” səhifəsində təşkil olunan canlı yayımında səsləndirib.

Texnoloqun fikrincə, siyasətə əhəmiyyətli kapital qoyulmadan, ciddi divident götürmək mümkün deyil:

“Azərbaycan siyasətində bəzi məsələlərə dair yanlış təsəvvürlər var. Belə fikirləşirlər ki, siyasət pul tələb etməyən bir sahədir.

Çoxları müəyyən dividentlər əldə etmək üçün siyasətə gəlirlər. Ancaq bunun üçün maliyyə xərcləməyi düşünmürlər, kapital qoymurlar.

Ötən müsahibələrimdən birində demişdim ki, siyasət varlı insanların sahəsidir. Bunu bir az pis qarşıladılar ki, niyə belə deyirsən, kasıbların da öz hüquqları var.

Mən bununla razıyam. Lakin bir aksioma da var ki – yaxşı səslənməsə belə – siyasət bazardır. Çünki orada nəsə əldə etmək istəyirsənsə, pul xərcləməlisən.

Seçki texnoloqlarının cəlb edilməsi üçün pul ayırmaq lazımdır.

Sizə bir nümunə deyim. Rusiyanın yaxşı vaxtlarında siyasi texnoloqun bir saatlıq konsultasiyasının qiyməti 5 min dollar idi. Təsəvvür edirsiz, bir saatlıq məsləhət üçün 5 min dollar verməlisən…

Digər tərəfdən iddialı namizədlər uğurlu seçki sloqanının seçilməsinə çəkinmədən 10-15 min min dollar ödəyirdilər. Çünki seçki şüarının uğurlu seçilməsi böyük əhəmiyyət daşıyır.

Bizdə isə namizədlər bütövlükdə seçki kampaniyasına 2-3 min manat xərclədiklərini deyirlərsə, bu, çox gülməlidir. Dünya praktikasında uğur qazanmaq üçün seçki kampaniyasına 1 seçici – 1 dollar nisbətində pul xərclənir.

Bizdə isə bu işə pul ayırmırlar, deyirlər ki, seçici özü gəlib səs verəcək. Bu, yanlış düşüncədir”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 818
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."