!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçki yarışına qatılan heç kimin tanımadığı NAMİZƏDLƏR: Onlar kimlərdir? – SİYAHI/VİDEO

!Reklam – Yazi

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinə sayılı günlər qalır. Artıq seçkilərin təbliğat-təşviqat kampaniyası başlayıb.

Müstəqillik dövründə sayca 7-ci dəfə keçiriləcək seçkilərdən gözləntilər böyükdür. Yeni parlamentin daha çox yeni adlardan və gənclərdən formalaşacağına dair ümidlər var, lakin ölkədəki bütün seçki dairələri üzrə namizədlərlə təmsil olunan yeganə siyasi qüvvə yenə də Yeni Azərbaycan Partiyasıdır.

Seçkilərdə iştirak edən VI çağırış Milli Məclisin deputatları namizədlər siyahısında üstünlük təşkil edir. Namizədlər arasında ilk dəfə bu yarışa qatılanları nəzərdən keçirəndə bir sıra tanınmış adlara da rast gəlirik. Lakin qeydə alınmış namizədlər arasında heç kimi tanımadığı, heç yerdə işləməyən, siyasi fəaliyyəti olmayan, ictimai fəallığı ilə seçilməyən namizədlər də yer alıb.

Mantyor, santexnik namizədlərin olması bu siyahını bir qədər də “rəngarəng” edir.

Təbii ki, seçmək və seçilmək hüququ vətəndaşların Konsititusiyada təsbit olunmuş təməl hüquqları sırasına daxildir. Lakin Milli Məclis kimi ali qanunverici orqana bu ölkədə taleyüklü məsələləri həll edə biləcək mütəxəssislərə, iqtisadçılara, hüquqşünaslara və başqa bu kimi peşəkarlara ehtiyac var.

Lakin görünən odur ki, bəziləri bu seçkilərdə namizəd olmaq üçün qoşulub, ya da həmin dairələrdəki əsas namizədlərin şanslarını artırmaq üçün namizəd olub.

Yenicag.az bu seçkilərdə heç kimin tanımadığı namizdələrlə bağlı araşdırmanı təqdim edir. Bu siyahıya Naxçıvandakı seçki dairlərindən başladıq.

1 Saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə qeydə alınan namizədlərin siyahısına nəzər saldıqda, bu seçki dairəsində deputat olmağa ən yaxın namizədin Yeni Azərbaycan Partiyasından namizədliyini irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Ziyafət Əsgərov olduğunu görürük.

Sözügedən seçki dairəsindən adları bir o qədər də tanınmayan namizədlikləri özləri tərəfindən irəli sürülmüş şəxslər də var. Orta məktəb müəllimələri Həsənova Kifayət Həsən qızı. Mehdiyeva Şahnaz Fizuli qızı, fərdi təsərrüfat sahibi Məmmədov Fikrət Binnət oğlu, həkim Quliyeva Nazəni Zöhür qızı, mühəndis Şıxəliyev Şıxəli Qəzənfər oğlunun da namizədlikləri siyahıda yer alır.

2 Saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə deputat olmağa əsas namizədin VI çağırış Milli Məclisin deputatı olmuş Siyavuş Novruzovdur. Bu seçki dairəsində də adları tanınmayan, namizədliyi özləri tərəfindən irəli sürülmüş pensiyaçı Şahhüseynov Mahmud Tarverdi oğlu, Seyidov Mirhadı Mirfətulla oğlu, Təhməzov Əhməd Vəli oğlunun da adları siyahıda yer özünə yer tutub.

3 Saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsi üzrə millət vəkilliyinə ən real namizəd YAP-dan namizədliyini irəli sürmüş Babayev Asiman Əli oğludur. Bu seçki dairəsində də namizədliyi özü tərəfindən irəli sürülmüş şəxslər də var. Onlardan biri çilingər Abbasquliyev Famil Abbasqulu oğludur.

4 saylı Naxçıvan seçki dairəsində isə YAP-dan namizədliyini irəli sürmüş Eldar İbrahimovdur. Bu seçki dairəsində adı tanınmayan, namizədliyi özü tərəfindən irəli sürülmüş şəxslərdən biri də hazırda heç bir müəssisədə çalışmayan Seyidli Ayaz Zöhrab oğludur.

5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsində qeydə alınan deputatlığa ən şanslı namizəd Ülviyyə Həmzəyevanı saymaq olar. Sözügedən seçki dairəsindən namizədlikləri özləri tərəfindən qeydə alınmış pensiyaçı Mehdiyev Aqil Həsən oğlu, mühafizəçi Xudiyev Nazim Bayram oğludur.

6 saylı Ordubad-Culfa seçki dairəsində namizədliyi YAP-dan irəli sürülmüş Vüqar Rəmizadədir. Bu seçki dairəsində yeni adlardan biri hazırda heç bir yerdə çalışmayan, namizədliyi AĞ Partiya tərəfindən irəli sürülmüş Aslanov Mətləb Məhərrəm oğludur.

Mövzunu davam etriəcəyik…

COP29

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv