!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçkilərdə dinamik proseslər başlayır: “Bu namizədlərlə rəqabət aparmaq çətin olacaq”

!Reklam – Yazi

“Müasir standartlara uyğun rəngarəng və dinamik təşviqat kampaniyası gözlənilir”

Bunu Yenicag.az-a açıqlamasında 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün hazırki proseslər və rəqabət mühitinin necə formalaşacağından danışan politoloq Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbə qazanacağı gözlənilir. Çünki onunla rəqabət aparmaq indiki halda digər namizədlər üçün çətindir.

“Bunun isə obyektiv şərtləri var. Belə ki, Vətən müharibəsində tarixi uğur qazanan Prezident İlham Əliyevin sədri olduğu YAP xalq tərəfindən hər zaman dəstəklənib. Yaxın günlərdə başlayacaq təbliğat-təşviqat kampaniyası çərçivəsində proseslər çox dinamik olacaq. Çünki seçkilərdə istər müxtəlif peşə sahibləri, istər partiyalar, istərsə də birtərəf namizədlər və yeni simalar iştirak edir. Nəticədə isə müasir standartlara uyğun rəngarəng və dinamik təşviqat kampaniyası gözlənilir”, – deyə o, bildirib

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv