!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçkilərdə rəqabət MÜHİTİ: “Bu, seçkiyə böyük marağın olduğundan xəbər verir”

!Reklam – Yazi

“Namizədlərin say çoxluğu seçkiyə marağın böyük olduğundan xəbər verir”. 

Bunu Yenicag.az-a açıqlamasında 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün hazırki proseslər və rəqabət mühitinin necə formalaşacağından danışan Yeni Azərbaycan Partiyasının namizədi Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, parlament seçkilərində siyasi partiyalar aktiv şəkildə iştirak edir.

“Eyni zamanda, bitərəf namizədlər də müxtəlif dairə seçki dairələrindən öz namizədliklərini irəli sürüblər. Namizədlərin say çoxluğu seçkiyə marağın böyük olduğundan xəbər verir. Hər zaman olduğu kimi, bu dəfə də seçkilər azad və demokratik şəkildə baş tutacaq.

Seçkidə iştirak edən bütün namizədlər qarşılıqlı hörmət və qanunvericilik çərçivəsində öz təbliğat-təşviqat kampaniyasını aparacaqlar. Bir sözlə, sağlam rəqabət mühiti formalaşacaq. Seçicilər isə hər zaman olduğu kimi yeni dövrün yeni parlamentini seçmək üçün aktivlik nümayiş etdirəcəklər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv