!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçkilərdən sonra bu nazirliklər birləşdiriləcək - Ərdoğan

!Reklam – Yazi

Seçkilərdən sonra bir neçə nazirlik birləşdiriləcək.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyənin Xarici İşlər və Avropa İttifaqı İşləri üzrə nazirlikləri seçkilərdən sonra birləşdiriləcək.

Prezident həmçinin Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Meşə Təsərrüfatı və Su Ehtiyatları Nazirliyinin də birləşdiriləcəyini deyib.

Ərdoğan qeyd edib ki, seçkilərdən sonra ölkədə ümumilikdə 16 nazirlik fəaliyyət göstərəcək, bir sıra nazirliklərin adı dəyişdiriləcək.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

COP29

www.yenicag.az

1468
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv