Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Seçkilərə gediləcək, yoxsa boykot ediləcək...” – Pənah Hüseyn

Reklam: Sinerji Pro

“Müxalifət toplanaraq, bu məsələnin müzakirəsinə başlamalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifətin prezident seçkilərində mümkün iştirakını dəyərləndirən keçmiş baş nazir, Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

O, indiki mərhələdə müxalifət daxilində prezident seçkilərinə yönəlik hər hansı məsləhətləşmələrin aparıldığından məlumatsız olduğunu bildirib:

“Mənim fikrimcə, hələ ki ölkədə seçki mühiti yoxdur. Ancaq düşünürəm ki, müxalifət toplanaraq, bu məsələni hər hansı bir formada müzakirə etməyə başlamalıdır.

penahSeçkilərə gediləcək, ya yox, boykot olacaq, yoxsa, namizəd seçiləcək… Yəni bu məsələyə hansısa bir şəkildə siyasi qiymət verilməli, vəziyyətə aydınlıq gətirilməlidir. Ancaq yenə deyirəm, mənim bu istiqamətdə prosesin getməsindən xəbərim yoxdur.

Namizədlərə gəlincə, Müsavat partiyası hələ bir neçə il əvvəl İsa Qəmbərin namizədliyini elan edib. Lakin onun namizədliyi rəsmən təsdiqlənibmi, bunu bilmirəm.

Özlərini potensial namizəd kimi bəyan edən siyasətçilərin bir araya gəlib-gəlməyəcəkləri barədə heç nə deyə bilmərəm. Bunu onlardan soruşmaq lazımdır”.

A. Zeynalov

 

Loading...

www.yenicag.az

2738
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100