!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sədərək”də mübahisə qanla bitib

!Reklam – Yazi

1serderek-300x225“Sədərək” Ticarət Mərkəzində pulyığanlarla sahibkarlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Hadisə təxminən 1 həftə əvvəl baş verib.

Məlumata görə, ticarət mərkəzinin sahibi Yusif Qədimovun yaxın adamı, pulyığan Natiq Abdullayev icarəhaqqını və ya yaxud yerpulunu gecikdirən sahibkarı təhqir etdiyinə görə yaranmış mübahisə zamanı bıçaqlanıb. Xəsarət o qədər də ciddi olmayıb. Zərərçəkən bir neçə gün xəstəxanada yatdıqdan sonra işinin başına qayıdıb.

Bizə verilən məlumata görə, bıçaqlanan Natiq Abdullayev “Sədərək” Ticarət Mərkəzində sahibkarlara qarşı kobud rəftarı ilə seçilir. Hətta bu yaxınlarda “Sədərək”də ticarətlə məşğul olan bir şəxsi ölümcül döydüyünə görə bir müddət gizlənmək məcburiyyətində də qalıb.

Qeyd edək ki, ölkədə neftin qiymətinin kəskin düşməsindən və manatın devalvasiyasından sonra başlayan iqtidadi böhran böyük ticarət mərkəzlərini, o cümlədən “Sədərək”i də “vurub”. Hazırda böyük ticarət mərkəzlərində çalışan sahibkarlar ciddi sıxıntı keçirirlər. Bir tərəfdən isə ticarət mərkəzlərinin sahiblərinin tələbləri yumşalmaq əvəzinə daha da sərtləşir. Belə bir vəziyyət isə istər-istəməz psixoloji gərginlik yaradır və bəzən də qan tökülməsilə nəticələnir.

“Sədərək”də baş vermiş hadisənin təfərrüatlarını öyrənməyə çalışacağıq(Azpolitika).

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv