“Şəfa” I Liqa çempionu oldu

media-hightechnic-468x90

“Şəfa” klubu Azərbaycan I Liqasının 26-cı turunda çempionluğunu rəsmiləşdirərək Premyer Liqaya vəsiqə qazanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, turnirin lideri Binə qəsəbə stadionunda “Cəbrayıl” kollektivi ilə qarşılaşıb.

Gərgin keçən görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən Elgiz Kərəmlinin rəhbərlik etdiyi komanda xallarını 57-yə yüksəldib. Bu qələbə ilə “Şəfa” mövsümün bitməsinə bir tur qalmış ən yaxın izləyicisi olan “Səbail”i 7 xal qabaqlayaraq çempionluğunu elan edib.

Bu nəticə isə “Şəfa”nın növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirakını təmin edib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05