Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun çevik polis alayının üzvü Mevlüt Mert Altıntaş tərəfindən öldürülməsiylə əlaqədar yeni məlumatlar gəlməkdə davam edir.
Yenicag.az Milli.Az-a istinadən xəbər verir ki, Altıntaşın sui-qəsdin baş verdiyi yerə diqqət çəkmədən girmək üçün mühafizə polisi nişanı taxdığı müəyyən olunub.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Karlov 19 dekabrda Çankaya Müasir İncəsənət Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək öldürülüb.
22 yaşlı Mevlüt Mert Altıntaş sərginin keçiriləcəyi mərkəzin yanındakı oteldə 5 gün öncədən qalmağa başlayıb.
Dünən ortaya çıxan həqiqət hər kəsi çaş-baş salıb – Qatilin o gecə 19.00-da sərgiyə gələcəyini Çankaya Müasir İncəsənət Mərkəzi rəhbərliyi belə həmin gün 16.30 radələrində öyrənib.
Qətlin törədildiyi gecə qatil Mevlüt Mert Altıntaşın pencəyinin yaxasındakı polis nişanı detalı yeni ortaya çıxıb. Bu nişanı yalnız Təhlükəsizlik Mühafizə Dairəsində vəzifəli polis məmurları taxırlar. Ankarada bu nişanı bütün məmurlar tanıyırlar. Yaxasında olan nişana görə polisə bütün “yollar açıqdır”.
Yenicag.az
www.yenicag.az