!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Səfirlərlə söhbət" - Bert Şufsla özəl müsahibə

!Reklam – Yazi

Azərbaycanın mədəni həyatında səfirlərin rolu

“Arts Council Azerbaijan” QHT-nin “Səfirlərlə söhbət” layihəsi Azərbaycanla ölkəmizə akkreditasiya olunan diplomatik missiyalar arasında əlaqələrin möhkəmləndirilməsinə istiqamətlənib. Layihənin kuratoru “Yenicag.Ru — Новая Эпоха” onlayn analitik-informasiya qəzetinin nümayəndəsi Rüstəm Qasımovdur.

Yenicag.az Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufsla müsahibədən bəzi məqamları təqdim edir:

– Bu ay Bakıda Belçika üçün xüsusi əhəmiyyət kəsb edən 3 tədbir keçiriləcək. İlk növbədə, Bakıda keçiriləcək IX Avropa Film Festivalı çərçivəsində nümayiş olunacaq “Suriyada” hərbi dramı barədə danışmaq istərdik. Bu ekran işinin əsas mahiyyəti nədən ibarətdir?

– “Suriyada” filmini bir neçə səbəbə görə seçmişik. Birincisi, 2017-ci ildə Filip Van Leunun rejissorluğu ilə lentə alınan dramatik filmin dünyada premyerası 2017-ci il fevralın 11-də 67-ci Berlin beynəlxalq film festivalında baş tutub. Burada film “Tamaşaçı simpatiyası” mükafatına layiq görülüb. Ekran işi “Maqritt” Belçika milli kino mükafatına 6 kateqoriya üzrə nominasiya edilib, 5 mükafat alıb. İkincisi, filmdə toxunulan mövzu bu gün Avropada çox aktualdır. Üçüncüsü, ekran əsəri təəssüf ki, dünyada getdikcə daha da çoxalan müharibə və münaqişələrə baxmayaraq, işıqlı gələcəyə inam yaradır.

– Sizcə, Bakıda Avropa Film Festivalının keçirilməsi nə qədər əhəmiyyətlidir?

– Bakıda Avropa Film Festivalının keçirilməsinin ölkənin mədəni həyatında mühüm hadisə olduğunu düşünürəm. Bu, kino mədəniyyətini dəstəkləmək baxımından olduqca vacibdir. Film rejissorun bu və ya digər aktual mövzuya toxunaraq öz düşüncəsini geniş auditoriyaya çatdırmaq üçün bir növ alətdir. Bu yolla tamaşaçı bəlkə də, bu zamana qədər bilmədiyi fakt və hadisə barədə məlumat əldə edir. Kino izahat tələb etməyən vizual incəsənətdir. Bu kimi festivallar yerli əhalini avropalıların adət-ənənələri, həyat təcrübələri, düşüncə tərzləri ilə tanış edir. Bu isə öz növbəsində xalqlar arasında mədəni mübadiləyə və millətlərin yaxınlaşmasına yardım edir. Odur ki Bakıda keçirilən hər bir Avropa Film Festivalının proqramına mütləq Belçika filmi daxil ediləcək.

– Növbəti sual Belçika tarixində mühüm rol oynamış hadisəyə – 1958-ci ildə Brüsseldə keçirilən ümumdünya sərgisinə (Expo 58 или Brussels World’s Fair) aiddir. Bu sərginin önəmindən bəhs edərdiniz.

– Bu sərgi Belçikanın inkişafında mühüm rol oynayıb. Sərgi 1958-ci il aprelin 17-də keçirilmişdi. Bu il sərginin 60 illiyidir. Bu, İkinci dünya müharibəsindən sonra ilk nəhəng ümumdünya sərgisi idi. Bildiyiniz kimi, 1945-ci ildə hərbi fəaliyət nəticəsində Belçika ciddi ziyan gördü. Ümumdünya sərgisi 3 il ərzində hazırlanıb. 2 kvadrat kilometr sahəni əhatə edən sərgidə tikinti işlərinin görülməsinə 15 min nəfər cəlb olunub. Ölkə hakimiyyəti hətta bayramların keçirilməsindən imtina etdi ki, bu vəsait pavilyonların tikilməsinə ayrılsın. “Expo 58” Belçikanın inkişafına müsbət təsir göstərdi. Sərgi ölkənin hərtərəfli inkişafına güclü təkan verdi.

– “Baku International Jazz Festival” çərçivəsində Bakıda gənc, amma kifayət qədər perspektivli “Salemi Trio” caz qrupunun çıxışı planlaşdırılıb. Sizcə, niyə məhz bu kollektiv seçilib?

– “Salemi Trio”nun çıxış edəcəyi “Baku International Jazz Festival”la əməkdaşlıq etməyə şadıq. Bu qrup təsadüfən seçilməyib. Məsələ ondadır ki, yaşı 30-dan kiçik olan bu gənclər qrupu olduqca müvəffəqiyyətlidir. Qrup “B-Jazz International Contest 2018″in qalibidir. Onların cazın fərqli ritm və istiqamətlərini ehtiva edən rəngarəng repertuarı var. Bu il qrup artıq bir neçə festivalda iştirak edib. Hesab edirəm ki, “Salemi Trio”nun çıxışı Bakı auditoriyasının da ürəyincə olacaq.

Qeyd edək ki, Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufsla müsahibəni geniş şəkildə BURADAN oxuya bilərsiniz.

 

www.yenicag.az

7357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv