Şehiç "Qarabağ"ın düşərgəsində - VİDEO

media-hightechnic-468x90

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ın düşərgəsində xoş sürpriz baş verib.

Yenicag.az xəbər verir ki, komandadan ayrılan İbrahim Şehiç Ağdam təmsilçisinin məşqinə gedərək, futbolçu və məşqçi heyəti ilə görüşüb.

Görüş zamanı Şehiç açıqlama verib:

“Qarabağ” mənim ailəmdir, burada çox möhtəşəm illər keçirmişəm. Klubdan ayrılanda bir çoxları ilə görüşə bilməmişdim. Ona görə gəlib onlarla görüşməyi özümə mənəvi borc bildim. Hansı klubda çıxış etməyimdən asılı olmayaraq, hər zaman “Qarabağ”ı dəstəkləyəcəm, ürəyim bu komanda ilə döyünəcək”.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600