!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şəhid olməz, Vətən bölünməz!” adlı tədbir keçirilib

!Reklam – Yazi

unnamed (11)Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailərinin üzvləri ilə görüşlərinin təşkili” layihəsi çərçivəsində sonuncu tədbirini “Premier Expo” otelində təşkil edib.
Qeyd edək ki, layihənin başlıca məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardım göstərməkdir.

Layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunda təlim-tərbiyəsi məqsədi ilə Bakı şəhərinin 8 rayonu üzrə hər rayondan 30 nəfər olmaqla inşa müsabiqəsi keçirilib.

Tədbirdə inşa müsabiqəsində qalib seçilən 240 gəncə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Layihə rəhbəri Xoşbəxt Seyidova çıxış edərək layihə ərzində görülən işlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən layihə vasitəsilə milli qəhrəmanlarımızın və şəhidlərimizin şərəfli döyüş yolu haqqında verilmiş məlumatlar, yeniyetmə və gənclərin vətənə olan sevgilərini daha da gücləndirəcəkdir.

Sonda isə, mediya nümayəndələrinin və jurnalistlərin sualları cavablandırıran Xoşbəxt xanım mətbuat konfransın bağlı elan edir

***

Yasamal rayon gəncləri mükafatlandırıldı.

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailərinin üzvləri ilə görüşlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbirini “Premier Expo” otelində təşkil edib.
Qeyd edək ki, layihənin başlıca məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardım göstərməkdir.

Layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunda təlim-tərbiyəsi məqsədi ilə inşa müsabiqəsi keçirilib.
Tədbirdə inşa müsabiqəsində Bakı şəhərinin Yasamal rayonu üzrə qalib seçilən 30 gəncə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Tədbirdə Nərimanov rayon Polis İdarəsi rəisinin şəxsi heyyəti iş üzrə köməkçisi polis polkovnik leytinantı Vəli Abbasov, 225 saylı orta məktəbin şagirdi Rauf Gözəl, 60 saylı orta məktəbin şagirdi Göyüşova Fidan və digərləri çıxış edərək öz fikirləri ilə bölüşdulər

***

“Şəhid olməz, Vətən bölünməz!” adlı tədbir keçirilib

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailərinin üzvləri ilə görüşlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbirini “Premier Expo” otelində təşkil edib.
Qeyd edək ki, layihənin başlıca məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardım göstərməkdir.
Layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunda təlim-tərbiyəsi məqsədi ilə inşa müsabiqəsi keçirilib.
Tədbirdə inşa müsabiqəsində Bakı şəhərinin Nizami rayonu üzrə qalib seçilən 30 gəncə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdə Nizami rayon İcra Hakimiyyəti Başçının müavini İsrafilova Gülnaz, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdiri Axundov Əli, 12 №-li məktəbin direktoru Əli Alıyev, Mirzəzadə Nəzrin 129 №-li məktəbin 11-ci sinif şagirdi, Nəsirova İlahə 229 №-li məktəbin 10-cu sinif şagirdi və digərləri.
“Gənclərin Tənhalara Dayaq İctimai Birliyi”nin sədri Xoşbəxt Seyidova çıxış edərək layihə haqqında məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən layihə vasitəsilə milli qəhrəmanlarımızın və şəhidlərimizin şərəfli döyüş yolu haqqında veriləcək məlumatlar, yeniyetmə və gənclərin vətənə olan sevgilərini daha da gücləndirəcəkdir.
Nizami rayon İcra Hakimiyyəti Başçının müavini İsrafilova Gülnaz çıxış edərək bildirdi ki, vətənpərvərlik şəxsiyyəti səciyyələndirən ən mühüm keyfiyyətlərdən biri olduğu üçün onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və xüsusilə təhsil müəssisələrində təbliğ olunması xalqımızın gələcəyi üçün həyati önəm daşıyır.
12 №-li məktəbin direktoru Əli Alıyev vuğuladı ki, Təməli şəhid qanıyla qoyulmuş müstəqil ölkədə yaşayırıq. Ölkəmiz inkişaf edir, dünyada öz sözünü deyə bilən güclü bir dövlətə çevrilir. Xalq bu azadlığı asan qazanmadığını çox yaxşı başa düşür. Buna görə şəhidləri unutmur, onları yad edir Övladlarını vətənpərvər vətəndaş kimi yetişdirməyə çalışır. Ailədə aşılanan bu duyğu məktəb və cəmiyyətdə təkminləşir. Bu ülvi hiss hər bir vətən övladının ürəyində yaşayır. Torpağa olan mənəvi bağlılıq, milli dəyərlərə və bayrağa hörmət, sevgi bu xalqın tək bir nümayəndəsi qalana qədər davam edəcək.

www.yenicag.az

1499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv