Şəhidimizin anası vəfat etdi - FOTO

media-hightechnic-468x90

Vətən müharibəsi şəhidi Elnur Şirinzadənin anası dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, şəhidin anası Gültəkin Şirinova yaşadığı Yevlax rayonunda vəfat edib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Elnur Şirinzadə Memarlıq və İnşaat Universitetinin tələbəsi olub. O, 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub. 44 günlük Vətən müharibəsi zamanı, oktyabrın 13-də şəhid olub. Yevlax rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

E.Şirinzadə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa