“Şəhidlik Dastanı” adlı kitab işıq üzü gördü
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri fəlsəfə doktoru İradə Əlili və “Əsgərə xatirə ” layihəsinin rəhbəri , publisist Nuranə Şıxaliyevanın birgə hazırladıqları “Şəhidlik Dastanı” adlı kitab işıq üzü görüb.
Yenicag.az xəbər verir ki, kitab Türkiyənin şəhidlərinə həsr olunub.
“Şəhidlik Dastanı” adlı kitabda çap edilmiş xatirələr həm Türkiyə türkcəsində, həm də Azərbaycanca toplanıb. Kitabda şəhidlər haqqında məqalələr, onlar haqqında xatirələr, fotolar öz əksini tapıb.
İradə Əlilinin həmmüəlifi olduğu bu kitab Türkiyə şəhidlərindən yazılmış üçüncü kitabıdır. 2022-ci ildə “Kahraman Şehit Oğuz Ozgür Çevik”, 2025-ci ildə ”Çubuk şehitleri” adlı kitabları işıq üzü görmüşdü.