Şəkər əvəzinə istifadə olunan faydalı məhsullar - SİYAHI

media-hightechnic-468x90

Təbiətdə olan elə qida məhsulları var ki, onlar şəkərin əvəzləyicisi kimi şirniyyata olan ehtiyacımızı ödəyir. Sirrini bilmədiyimiz həmin məhsullar sağlamlığımız baxımından da möcüzəvi əhəmiyyətə malikdir.

media-banner_tkm

Yenicag.az həmin qida məhsullarını təqdim edir:

1. BAL – Yeməklərimizdə ən çox istifadə olunan bu məhsul təbii şəkərlərlə zəngindir. Bal həm də tərkibində vitamin və mineralların çoxluğu baxımından olduqca əhəmiyyətlidir.

2. BANAN – Tam yetişmiş bananlar daha çox şəkər ehtiva edir. Tam yetişməmiş bananları isə sobada qəhvəyi rəng alana qədər isitdikdən sonra şirniyyatlarınıza əlavə edə bilərsiniz.

3. DUZ – Əslində, şəkər əvəzinə duz istifadə etmək bir qədər təəccüblü görünür. Lakin duzun tərkibindəki maddələr qidanın içində olan təbii şəkəri ortaya çıxarmaq özəlliyinə malikdir.

4. ŞİRİN ƏDVİYYATLAR – Darçın, hil, razyana kimi ədviyyatları şəkər əvəzinə istifadə edə bilərsiniz.

5. VANİL – Təbii şəkərlərlə zəngin olan vanili toz halında və ya toxumları ilə birlikdə şirniyyatlara əlavə edə bilərsiniz. Dad verməklə yanaşı, yaydığı xoş ətir sizə zövq verəcək.

6. KÖK – Əgər şirniyyatlarınıza şəkərə alternativ olaraq kök əlavə edəcəksinizsə, onların bişirildikdən sonra daha şirin olduqlarını unutmayın.

7. SOĞAN – Nə qədər heyrətə səbəb olsa da, soğan yeməklərə şirin bir dad verir.

8. TƏBİİ MEYVƏ SULARI – Bu sular tərkibində olan bol vitaminləri ilə həm sağlamlığımız üçün faydalıdır, həm də təbii şəkər ehtiva edir.

9. XURMA – Karamelə bənzər bir dada sahib olan bu möcüzəli meyvəni şirniyyatlara əlavə edərək, şəkəri istifadə etməyi tərgidə bilərsiniz.

Tahirə Nur

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05