Şəki aeroportunun bərpa edilir? - Nazirlər Kabineti açıqladı

media-hightechnic-468x90

Hazırda Şəki Hava Limanının bərpa edilərək işə salınması ilə bağlı məsələlərə baxılır.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti açıqlama yayıb.

NK bildirib ki, Şəki şəhəri və ətraf yaşayış məntəqələri üzrə sərnişindaşımaların yaxın beynəlxalq hava limanları vasitəsilə həyata keçirilməsi, regiona sərnişin-turist axını araşdırıldıqdan və büdcə tərəfindən maliyyələşdirildikdən sonra Şəki Hava Limanının fəaliyyəti bərpa ediləcək. “Azərbaycan Hava Yolları” QSC-nin 2018-2025-ci illər üçün strateji planında Şəki Hava Limanının tikintisi 2022-2023-cü illərdə proqnozlaşdırılıb.

NK qeyd edib ki, son illərdə sözügedən bölgədə, yəni Qəbələdə yeni hava limanı tikilib, Zaqatalada isə hava limanı yenidən qurularaq istifadəyə verilib.

Şəki hava limanı isə hazırda ancaq bütün tip vertolyotları qəbul və yola salmaq imkanına malikdir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600