!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidə ağır yol qəzası - Ölən və yaralananlar var

!Reklam – Yazi

Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu gün saat 09:30 radələrində Şəki-Oğuz avtomobil yolunda “VAZ 2106” “VAZ 21011” markalı minik avtomobili toqquşub.

Sərnişin qismində olan Şəki rayon sakini, 1978-ci il təvəllüdlü Şahid Əşrəf oğlu Rüstəmov hadisə yerində ölüb.

Yaralı qismində Şahid Rüstəmovun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Solmaz Qoca qızı Rüstəmova, onların övladları – 2018-ci il təvəllüdlü Elgün Rüstəmov və 2015-ci il təvəllüdlü Aliyə Rüstəmova, “VAZ 21011”in sürücüsü Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Ramin Sabir oğlu Qocayev və “VAZ 2106” markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Eldar Adil oğlu Vəlibəyov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv