!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidə atraksiondan yıxılan 16 yaşlı qızın vəziyyəti ağırdır - Cinayət işi başlandı

!Reklam – Yazi

Ötən gün Şəkidə əyləncə mərkəzində atraksiondan yıxılan qız əməliyyat olunub.

Yenicag.az-ın məlumatına görə, 2003-cü il təvəllüdlü X.Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır xəsarətlər alan qız dərhal əməliyyata alınıb.

Sidik kisəsinin əməliyyatı üçün Şəkiyə Bakıdan həkimlər çağırılıb. Hazırda vəziyyəti ağır orta olan X.Durmuşova reanimasiya şöbəsində müalicə alır.

Xatırladaq ki, X.Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir.

***

Şəkidə yeniyetmə qızın atraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, 2003-cü il təvəllüdlü Xəyalə Durmuşovanın Şəki rayonundakı M.F.Axundov adına istirahət parkında yıxılaraq bədən xəsarətləri alması faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisə yerinə baxış keçirilməklə şahidlər dindirilib və müvafiq ekspertizalar təyin olunub.

Kənan Zeynalov əlavə edib ki, hazırda iş üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin müəyyən olunaraq əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.

COP29

www.yenicag.az

4159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv