FHN: Şəkidə dağlıq ərazidə 2 nəfər yolunu azıb - VİDEO

media-hightechnic-468x90

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunub.

Bildirilib ki, gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.

 

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05