Şəkidə eyni gündə iki nəfər intihar edib
Şəkidə bir gündə iki nəfər intihar edib. Məlumata görə, hadisələr Orta Zəyzid, digəri isə Qoxmuq kəndində qeydə alınıb.
Orta Zəyziddə 79 yaşlı Minayə Lətif qızı Mahmudova özünü yaşadığı evin həyətindəki ağacdan asıb.
Rayonun Qoxmuq kənd sakini, 74 yaşlı Rəhman Davud oğlu Rəsulov isə yaşadığı evin tavanından özünü asıb.
Ahıl qadın və kişinin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Hər iki faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. (anspress.com)