Şəkidə meşə yanğını

media-hightechnic-468x90

Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyiliyinin 2 saylı dolayının tinglik ərazisində yanğın baş verib.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Yanğının söndürülməsi üçün hadisə yerinə dərhal ETSN və FHN-in yerli qurumlarının əməkdaşları cəlb edilib.

İ.İbrahimovanın  sözlərinə görə, bələdiyyə torpaqlarında açıq sahədə baş verən yanğın güclü külək nəticəsində sonradan meşə ərazisinə keçib. Alov kolluq ərazini əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600