!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidə tarixi məbədə 5 milyon xərclənəcək

!Reklam – Yazi

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində açılış üçün avadanlıqların quraşdırılmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Bildirilib ki, artıq bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıq işlərinə başlayıb.

Agentlik qoruq ərazisində açılış üçün avadanlıqların quraşdırılması işlərinin icrasını “MAX PRİNT” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib. Bunun müqabilində şirkətə 5.023.809 AZN (5 milyon 23 min 809 manat) ödəniləcək.

Qeyd edək ki, dairəvi məbəd XIX əsrin əvvəllərində tikilmiş və dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Dairəvi məbədin memarlığı Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna oxşardır.

Bina XIX əsrdə pravoslav kilsəsi kimi fəaliyyət göstərib, daha sonra sovet dövründə anbar kimi və digər təyinatlar üçün istifadə edilib. Bina ilkin variantda sırf dairəvi formada olub, daha sonra ona üç tərəfdən köməkçi tikililər əlavə edilib. Bu binada son 30 il ərzində Şəki Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərib.

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv