!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sel fəlakəti 82 can aldı

!Reklam – Yazi

Türkiyədə baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 82-yə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumatda bildirilib ki, Kastamonuda 71, Sinopda 10, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 81 insan dünyasını dəyişib.

Hazırda 8 nəfərin müalicəsi davam etdirilir.

Son məlumata görə, Kastamonuda 10, Sinopda 6 nəfər itkin düşüb.

Qeyd edək ki, keçən həftə Türkiyənin üç vilayətində fasiləsiz yağışlar daşqın və selə səbəb olub. Çox sayda yaşayış yerləri və iş yerlərini su basıb, sel bəzi bölgələrdə sürüşməyə səbəb olub.

 

 

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv