Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov özünə yeni köməkçi təyin edib.
“Unikal”ın əldə etdiyi məlumata görə, Ceyhun Cəlilov Ali Məclisin deputatı və səlahiyyətli nümayəndənin köməkçisi Ramiz Məmmədovu işdən çıxararaq bu vəzifəyə Səlahəddin Cəlilovu gətirib.
Qeyd edək ki, Ramiz Məmmədov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbov və Fuad Nəcəflinin köməkçisi olub.












