Sələfi şeyxdən şok İŞİD fətvası – Özəl

media-hightechnic-468x90

Isis fighters, pictured on a militant website verified by AP.“İŞİD-lə əlaqə qurmaq ən böyük günahı işləmək, hətta İslam dinindən çıxmaqdı və bütün İŞİD-çilər cəhənnəmlikdir”

Səudiyyə Ərəbistanının tanınmış sələfi müftilərindən Şeyx Səd Nasir əl-Şəşri İŞİD-lə bağlı açıqlama verib. YENİCAG.AZ İraqda yayınlanan “Şafaknews” qəzetinə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının rəsmi dini qurumu olan Darul-Fətvanın (Fətva Evi) sabiq üzvlərindən olan Əl-Şəşri İŞİD-in Məhəmməd İbn Abdulvahhabın görüşlərindən uzaq olduğunu bildirib.

İŞİD-ə qatılan insanların valideynlərinə səslənən Şeyx “İŞİD yəhudi və xristianlardan daha kafirdir. Onlar Allaha və Rəsuluna qarşı savaşırlar. Onlar məscidləri bağlayıb, din alimlərini öldürürlər. Hansi islam ölkəsi olursa, olsun, övladları İŞİD-ə qatılan valideynlər bunu öz dövlətlərinə bildirməlidirlər. Bu qrupla əlaqə qurmaq ən böyük günahı işləmək, hətta İslam dinindən çıxmaqdır. Bu qrup onlardan ayrılanları öldürdüyü üçün deyirəm ki, İŞİD-çilər cəhənnəmlikdir və Bağdadiyə beyət etmək olmaz. Onlarla hər cür işbirliyi haram və Allaha xəyanətdir. Onlara qarşı savaşmaq vacibdir. İŞİD-ə qarşı savaşarkən ölən Allah yolunda şəhiddir” söyləyib.

Suriya və İraq xalqlarını İŞİD-ə qarşı döyüşə səsləyən sələfi şeyxi din alimlərini bu qrupun təhlükəsini anlatmağa dəvət edib.

Şeyx əl-Şəşri sözlərini bu cümlələrlə tamamlayıb: “İŞİD-i xaricilərə bənzətmək belə səhvdir. Çünki onlar zındıq və mülhiddir. Onlar bütpərəstlərdən daha kafirdirlər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600