Şəmkir rayonunun Seyfəli kəndində yol nəqliyyat hadisəsi qeydə alınıb.
Yenicag.az-a daxil olan məlumata görə, qəza zamanı kənd sakinləri Ruslan İbrahimovun idarə etdiyi “Opel” və Nurəddin Nağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və “Opel” markalı avtomobildə olan 8 sərnişin xəstəxanaya yerləşdirilmiş, onlardan 4-nə xəstəxanada likin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Yenicag.az
www.yenicag.az