Şəmkirdə toy faciəylə bitdi

media-hightechnic-468x90

ima123Şəmkir rayonunda keçirilən toy məclislərinin birində qanlı olay baş verib.

Hadisə şəhərin Nizami Gəncəvi küçəsində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb. Toy məclisində birgə yeyib-içən həmyerlilər sərxoş olduqdan sonra yersiz mübahisəyə başlayıblar.

Uzun sürən mübahisə rayon sakini 20 yaşlı Ağaxan Abdullayevin çoxsaylı bıçaq xəsarətləri alması ilə yekunlaşıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Aparılan istintaq tədbirləri nəticəsində hadisəni 28 yaşlı rayon sakini Ramin Adıgözəlovun törətdiyi müəyyən edilib. Əməliyyat tədbirləri ilə adıçəkilən şəxs tutularaq istintaqa təhvil verilib(region).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600