Şəmkirdə yol-nəqliyyat qəzası
Şəmkir rayonunda bir nəfərin ağır yaralanması ilə nəticələn yol qəzası baş verib. Hadisə Şəmkir-Kür qəsəbəsi yolunun 7-ci kilometrliyində qeydə alınıb. Rayonun Mahmudlu kənd sakini 24 yaşlı Ruslan İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Gəncə sakini 36 yaşlı Ramil Hüseynovun idarə etdiyi “Zil “markalı yük maşını toqquşub. Nəticədə “VAZ-2107” sürücüsü ağır bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağır olaraq qalır. İlkin ehtimallara görə qəzaya səbəb “VAZ-2107” markalı avtomobilin düzgün manevr etməməsi olub. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
(az.apa.az)