“Sənəti yoxdur, məcburdur, qalmaqalla gündəmə gəlsin” – Cabbar Musayev KİMİ QINADI?
“Elə verilişlər var, oraya yalnız sənətdən uzaq adamları çağırıb, onları sənətə dəxili olmayan söhbətlərlə gündəmə gətirirlər”.
Yenicag.az xəbər verir ki, bu sözləri bəstəkar Cabbar Musayev “Zaurla Günaydın” verilişində deyib.
O, bəzi verilişlərlə bağlı tənqidi fikirlər səsləndirib:
“Elə verilişlər var, orada ancaq sənəti olan adamlar dəvət olunur və verilişdə yalnız sənətdən söhbət gedir. Elə verilişlər də var, oraya yalnız sənətdən uzaq adamları çağırıb, sənətə dəxili olmayan söhbətlərlə onları gündəmə gətirirlər. Sənəti yoxdur axı. Sənət olmayanda da məcburdur, qalmaqalla, sənətə aid olmayan söz-söhbətlə gündəmə gəlsin. Sənəti zəif olan adamın heç ədəb-ərkanı da olmur. Mən belə görmüşəm. Mənim də səsim yoxdur, ancaq demirəm müğənniyəm, oxuyanam, amma bəstəkarlığımla fəxr edirəm. Hər halda, bəstəkarlığımdan danışanda adımın əvvəlinə bir sənətkar sözü də əlavə olunur”.
Nehru