!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SEPAH-ın Azərbaycana TƏHDİDİ: Fazil Mustafaya qarşı terrorun arxasında kimlər durur?

!Reklam – Yazi

“Fars molla rejiminin müxtəlif ölkələri qorxutmaq üçün maliyyələşdirdiyi terror qruplaşmaları var. Bu isə Bakının mərkəzində Fazil Mustafanın silahlı hücuma məruz qalmasının arxasında İrana bağlı cinayətkar terrorçuların, eləcə də SEPAH-ın dayana biləcəyini deməyə əsas verir”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən sui-qəsdin arxasında İranın olma ehtimalından danışan politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı planlanan sui-qəsdin arxasında Azərbaycanın uğurlarını, regionda söz sahibinə çevrilməsini həzm edə bilməyən İranın olması ehtimalı kifayət qədər yüksəkdir:

“İranın hər yola əl ataraq Azərbaycanın uğurlarına kölgə salmağa çalışdığı müşahidə olunur. Fars rejimi Ermənistana açıq şəkildə dəstəyini göstərərək, Azərbaycanın haqlı mövqeyinə qarşı çıxır.

Azərbaycanın Tehrandakı səfirliyinə İranın terror hücumunun qarşısı azərbaycanlı mühafizə tərəfindən layiqincə alındı. Əgər alınmasa idi, hədəf səfirlik işçiləri və ailələri ola bilərdi. Bununla İran Azərbaycana sərt üzünü göstərərək qorxutmağa çalışdı.

Fazil Mustafaya qarşı törədilən terrorun arxasında məhz İranın Azərbaycanın uğurlu addımlardan geri çəkilməyə məcbur etmək istəyi dayanır. Fars molla rejiminin müxtəlif ölkələri qorxutmaq üçün maliyyələşdirdiyi terror qruplaşmaları var. Bu isə Bakının mərkəzində Fazil Mustafanın silahlı hücuma məruz qalmasının arxasında İrana bağlı cinayətkar terrorçuların, eləcə də SEPAH-ın dayana biləcəyini deməyə əsas verir.

Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr bir şeyi unudur ki, ölkəmizdə xalq və hakimiyyət birliyi sarsılmazdır. Bu cür addımlarla Azərbaycan xalqının gözünü qorxutmaq, iradəsini sındırmaq mümkün deyil. Bizlər qarşımıza qoyduğumuz hədəflər üçün mübarizəmizi aparırıq. Azərbaycana qarşı kin bəsləyib addım atanlar tezliklə cəzasını alacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv