!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SEPAH-ın təzyiqləri İranda istefaya səbəb oldu – Yeni vitse-prezident vəzifəsindən getdi

!Reklam – Yazi

 

“Bir neçə həftə öncə İran prezidenti tərəfindən strateji məsələlər üzrə vitse-prezident təyin edilən sabiq XİN rəhbəri Cavad Zərif istefa verib. Zərif bununla bağlı açıqlamasında istefasının səbəbi olaraq, universitetdə dərs deyəcəyini bildirib”.

Yenicag.az xəbər verir ki, bu barədə “The Sunday Times”la söhbətində iranlı araşdırmaçı jurnalist Əziz Əhmədi deyib.
Onun sözlərinə görə, Cavad Zərifin vitse-prezident təyinatından sonra İran dövlət sistemində ona qarşı ciddi təzyiqlər başlayıb, çünki Pezeşkian hökuməti, demək olar ki, Ruhani-Hatəmi dövrünün kadrları idi.

“Buna görə də bir çox adam hesab edirdi ki, Zərifin vitse-prezidentliyə təyinatı o demək idi ki, xarici siyasəti Pezeşkian deyil, məhz o idarə edəcək. Zərifin Rusiya və Çinə dərin nifrəti var və o Qərblə yeni dialoqa həvəsli idi. Bir çox dairələr açıq şəkildə bildirdilər ki, Zərifə Pezeşkian tərəfindən tam müstəqillik verilməsi SEPAH-ı qane etməyib və SEPAH onun uzaqlaşdırılmasına nail olub. Hətta kütləvi təzyiqlərdən sonra onun istefasına nail olundu”.

“Zərifin vəzifədən getməsində digər önəmli səbəb isə onun bir neçə gün öncə İran dini rəhbərinə yaxın dairələrin dediyinə görə Fələstin barədə mövqeyi olub. Zərif qeyd edib ki, İran rəhbərliyi Fələstindən daha çox fələstinçi olmaq mövqeyindən imtina etməlidir. Zərif Qərblə dialoqda solçu yəhudilər ilə görüşüb və İranın qədim ənənələrə əsasən yəhudi xalqının düşməni deyil fikrini səsləndirib. Zərif İsrailə birbaşa zərbələrin əleyhinə olub”, – deyə o, əlavə edib.

Ə. Əhmədiyə görə, Zərif bir neçə gün öncə İran prezidentinin iştirak etdiyi müşavirədə baş verənlərə görə birbaşa SEPAH rəhbərliyini və kəşfiyyatı günahlandırıb:
“Zərifin SEPAH-a qarşı bu qədər sərt çıxışı və onun mötədil mövqeyi müdafiə etməsi İran prezidentinə təzyiqləri artırıb. Buna görə də SEPAH bütün imkanlarından istifadə edərək, onu vəzifədən uzaqlaşdırıb. Amma mən əminəm ki, əgər hökumətin hazırkı tərkibi təsdiqlənərsə, Zərif xarici siyasətdə yenə də Pezeşkiana dəstək olmağa davam edəcək”.

Rafi Müslümov

COP29

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv